Əsas Səhifə > Hadisə, Manşet > HAKİMİYYƏTİN PLANLADIĞI TOTAL DƏYİŞİKLİK
HAKİMİYYƏTİN PLANLADIĞI TOTAL DƏYİŞİKLİK5-07-2012, 15:00 |
KİMLƏR VƏZİFƏSİNİ İTİRƏCƏK: ŞOK SİYAHI YALNIZ BİZDƏ! DİA.AZ: - Hakimiyyətin ciddi kadr islahatları tədarükündə olması barədə məlumatı vermişdik. Bununla əlaqədar redaksiyamıza yeni məlumatlar daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, artıq 2013-cü ilin prezident seçkiləri ərəfəsində gözlənilən ələmələrdə hansı dövlət məmurunun vəzifəsindən alınacağı haqda detallar tam olaraq dəqiqləşib. Məlumatı verən mənbənin sözlərinə görə, qarşıdan gələn prezident seçkilərini vəzifədə başında qeyd etməyənlərdən biri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Onunla bərabər PA-ya aid onlarla məmurun da vəzifəsindən alınacağını söləyən qaynaq, bu əsnada daha iki PA şöbə müdirinin də hədəfdə olduğunu söylədi. Həmin şöbə müdirləri isə Əli Həsənovla, Fuad Ələsgərovdur. Daha böyük kadr islahatlarının isə nazirlər kabinetinin tərkibində cərəyan edəcəyini vurğulayan mənbəmiz 2013 seçkiləri ərəfəsində vəzifəsini itirəcək nazir və komitə rəhbərlərinin adlarını da açıqladı: Rasi-zadə Artur Tahir oğlu - Baş nazir Əfəndiyev Elçin İlyas oğlu - Baş nazirin müavini Həsənov Əli Şamil oğlu - Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Şərifov Abid Qoca oğlu - Baş nazirin müavini Əbiyev Səfər Axundbala oğlu - Müdafiə naziri Məmmədov Fikrət Fərrux oğlu - Ədliyyə naziri Məmmədov Fazil Əsəd oğlu - Vergilər naziri Heydərov Kəmaləddin Fəttah oğlu - Fövqəladə Hallar naziri Abasov İsmət Dursun oğlu - Kənd təsərrüfatı naziri Mərdanov Misir Cumayıl oğlu - Təhsil naziri Əliyev Aydın Əli oğlu - Dövlət Gömrük Komitəsinin sədri Məmmədov Qərib Şamil oğlu - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Vəliyev Arif Mikayıl oğlu - Dövlət Statistika Komitəsinin sədri İbrahimov Nazim Hüseyn oğlu - Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Müslümov Səlim Yanvar oğlu - Dövlət Sosial Müdafiə Fondunun sədri Çəndirli İskəndər Hüseyn oğlu - Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru Həsənov Kərəm Əvəz oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Beləliklə, konkret şəkildə 20 yüksək çinli dövlət məmurunun vəzifəsini itirəcəyi haqda məlumatı verən mənbəmiz söylədi ki, onlardan 3 əsas nüfuzlu məmur PA-ya, yerdə qalan 17-si isə Nazirlər Kabinetinin strukturlarına aiddir. Geri qayıt |