Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENTİN BAŞ NAZİRLİYƏ İKİ NAMİZƏDİ VAR
PREZİDENTİN BAŞ NAZİRLİYƏ İKİ NAMİZƏDİ VAR5-07-2012, 12:42 |
ARTUR RƏSİZADƏ İSƏ AMERİKAYA SƏFİR GÖNDƏRİLƏCƏK: RAZILIQ VAR DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, baş nazir postunda dəyişiklik olacaq. Məlumatımızda vurğulamışdıq ki, ümumilikdə olaraq Nazirlər Kabinetində həyata keçirilməsi nəzərdə tutulan islahatlar nəticəsində bir neçə NK rəsmisi də görəvindən alınacaq və eyni zamanda NK-ya aid strukturların bəzilərinin ləğvi planlaşdırılır. Bununla bağlı DİA.AZ-ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, artıq Artur Rəsizadənin gedişi ilə bağlı plan hazırdır və onun yerinə kimin təyin edilməsi yönündə iş aparılır: «Çünki Artur Rəsizadənin tutduğu post mühüm olsa da, bu adamın şəxsi keyfiyyətləri imkan vermədi ki, baş nazir Azərbaycanda görünən bir fiqur təsirini bağışlasın. Halbuki əvvəlki dönəmlərin baş nazirləri ən azından ictimai rəyi formalaşdıra biləcək qədərində güc sahibi olmağı bacarmışdılar. Yalnız qışda təzə xiyar yeməməyi vətəndaşlara məsləhət görməklə özünün bir baş nazir kimi vəzifəsini icra edən Artur Rəsizadə tutduğu postunu şəxsi xarakteri ilə ölü bir mövqeyə çevirib. Doğrudur, bu həm də mövcud siyasi hakimiyyətin yaratdığı şəraitin təzahürü kimi də qəbul olunmalıdır. Amma Rəsizadənin özünün də hansısa formada təşəbbüskarlığının olmaması daha da biabırçı bir mənzərəni yaradıb». Bu səbəbdən onun yerinə təyin ediləcək şəxslə bağlı veriləcək qərarın mühüm əhəmiyyət kəsb etdiyini bildirən mənbəmiz hakimiyyətin Artur Rəsizadə konusunda səbirli davranmasının da məhz qeyd olunan məqamla əlaqədar olduğunu söylədi: «Yəni hələ də bu məsələ dəqiqləşməyib. Rəsizadədən sonra Azərbaycanın baş naziri kim olacaq? Bu sualın cavabının isə yaxın günlərdə verilməsi gözlənilir. Hər halda, prezidentin bu məsələdə iki əsas namizədinin olduğu deyilir». Mənbəmiz onu da bildirdi ki, Artur Rəsizadənin özünə gəlincə isə onun ABŞ-a səfir göndərilməsi planı mövcuddur: «Hələlik bu məsələ baş nazirin özü də razılıq verib. Amma ilk əvvəl Rusiyada yaşamaq istəyini ortaya qoyan Artur Rəsizadənin ABŞ-a getməsi inandırıcı görünməsə də, bu sualın cavabı tapılıb. Yəni baş nazirimiz razılığını verib». Onu da bildirək ki, Rusiyanın siyasi dairələri ilə məhrəm münasibətləri olan Artur Rəsizadənin Moskvada və digər rus şəhərlərində böyük biznesinin olduğu da söylənilir. Geri qayıt |