Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKININ MƏRKƏZİNDƏ KAZİNO
BAKININ MƏRKƏZİNDƏ KAZİNO5-07-2012, 12:04 |
VERGİLƏR NAZİRLİYİ KAZINO AŞKAR EDƏRƏK QAPATDI Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən vergi nəzarəti tədbirləri həyata keçirilərkən paytaxtın Səbail rayonu ərazisində Zərifə Əliyeva küçəsi, 28 ünvanda yerləşən obyektdə kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib. Nazirlikdən verilən məlumata görə, kazinoda Qəmbərov Nizami Hüseyn oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib və həmin şəxs eyni zamanda uduşlu oyunların operatoru vəzifəsinin icraçısı olduğunu bildirib. Keçirilən nəzarət zamanı Qəmbərov Nizami Hüseyn oğlunun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb. Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların daşıyıcısı olunduğu ehtimal edilən 6 ədəd kompüter prosessoru aşkar edilərək götürülüb. Hazırda qanunsuz oyunların təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində araşdırmalar davam etdirilir. Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz fəaliyyət göstərən bütün şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək. Geri qayıt |