Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEV PREZİDENTİN SƏRƏNCAMINDAN QORXMUR

RÖVNƏQ ABDULLAYEV PREZİDENTİN SƏRƏNCAMINDAN QORXMUR


4-07-2012, 12:32
RÖVNƏQ ABDULLAYEV PREZİDENTİN SƏRƏNCAMINDAN QORXMUR

“İŞLƏR DAVAM EDƏCƏK”

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentin sərəncamına uyğun olaraq neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır.

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, təkliflər hazırlanarkən təkcə indi istismarda olan qurudakı neft yataqları yox, həm də perspektiv yataqların mövcudluğu nəzərə alınacaq.

R.Abdullayev qeyd edib ki, prezidentin sərəncamı qanunsuz tikililərlə bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına səbəb olmayacaq: “Çünki indiyə qədərki bütün iddialar bu qanunsuz tikililərin hasilat zonasında yerləşməsi ilə bağlı olub. Hasilat zonasında yerləşməyən tikililərlə bağlı isə iddia qaldırılmayıb”.


Geri qayıt