Əsas Səhifə > Sosial, Manşet > GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ TƏLAŞ

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ TƏLAŞ


4-07-2012, 12:13
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ TƏLAŞ

AZAD RƏHİMOV ONDAN MƏLUMAT ÖTÜRƏNLƏRİ MÜƏYYƏN ETMƏYƏ ÇALIŞIR

DİA.AZ: - Son günlər Gənclər və İdman Naziri Azad Rəhimova qarşı bir mətbu kampaniya başlayıb. Bildirək ki, əslində hakimiyyətiçi mübarizənin növbəti təzahürü kimi qiymətləndirilən bu prosesdə kifayət qədər ciddi maraq sahibi olan dairələr var. Maraqlı tərəflərdən birinin, yəni Azad Rəhimovun «vurulması» qərarını verən cinahlardan birinin isə Prezident administrasiyası olması kimsə üçün sirr deyil. Hətta bu barədə yayılan xəbərlərdə aşkar surətdə qeyd olunurdu ki, millət vəkili Azay Quliyevə dəstək verən PA rəhbərliyi, deputatı GİN şefi postuna gətirə bilməsi üçün çaba sərf etməkdədir.

Bütün bunlarla bağlı DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı çevrələrdən ilginc faktlar daxil olub. Belə ki, mötəbər mənbəmiz Azad Rəhimovun təlaş içində olduğunu söyləməklə yanaşı, rəqiblərinin kimliyini müəyyən etmək üçün də göstərişlər verdiyini bildirib: «Azad Rəhimovun kənarda bir neçə dəstəkverici qrupu var. Həmin şəxslər nazirin əli ilə böyük biznes imkanlarına malikdirlər və bu gün hərəkətdə olan da onlardır. Elə iş aparırlar ki, guya nazirin bu prosesdə zərrə qədərində marağı da yoxdur və onlar öz təşəbbüsləri ilə hərəkət edirlər. Lakin əldə etdikləri məlumatları birbaşa olaraq Azad Rəhimova ulaşdırdıqları faktdır və bu da əslində araşdırmaların məhz nazirin göstərişi ilə həyata keçirildiyini təsdiqləyir».

Mənbəmiz onu da bildirdi ki, bu məsələdə mətbuatla aktiv şəkildə çalışan sözügedən qrup eyni zamanda Azad Rəhimova qarşı məlumatların dərcinin qarşısını da almağa çalışırlar. Gələn məlumatlarda iddia olunur ki, Azad Rəhimovun qorxduğu, ehtiyat etdiyi mövzular da var ki, onların qəzet səhifələrinə yol tapması nazir üçün arzuolunmazdır: «Məsələn, nazirin adının futbol qumarında hallandırılması Azad Rəhimov üçün ən böyük zərbə hesab olunur».

Mövzu diqqətimizdədir.


Geri qayıt