Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN XİN ÖZ MƏTBUATINI TƏKZİB EDİR

İRAN XİN ÖZ MƏTBUATINI TƏKZİB EDİR


4-07-2012, 11:45
İRAN XİN ÖZ MƏTBUATINI TƏKZİB EDİR

“YAZILANLARA İNANMAQ LAZIM DEYİL”

İran KİV-inin İranda saxlanılan iki Azərbaycan vətəndaşının casusluqda günahlandırılması barədə yaydığı informasiya əsassızdır. Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"XİN İranda saxlanılan Azərbaycan vətəndaşları ilə görüş keçirilməsi üzrə səyləri təkidlə davam etdirir. İran KİV-inin yaydığı bu tip məlumatlar cəmiyyətdə yanlış fikir yaratmağa yönəlib və özlüyündə heç bir əsasa malik deyil", - Abdullayev bəzi İran KİV-inin iki Azərbaycan vətəndaşı - Fərid Hüseyn və Şəhriyar Hacızadəyə casusluq ittihamı irəli sürülməsi barədə məlumatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinə bu ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər ki, mətbuatda yazılanları deyil, yalnız İran XİN-in məlumatını rəsmi hesab etmək olar.

İki Azərbaycan vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-dən İranda itkin düşüblər.

Azərbaycan XİN vətəndaşlarımızla bağlı vəziyyəti aydınlaşdırmaq tələbi ilə İran XİN-ə iki vətəndaş haqqında məlumat verilməsi və Azərbaycanın diplomatik missiyasının əməkdaşlarının onlarla görüşünün təşkili tələbi ilə artıq beş nota göndərib.

İranın Xarici İşlər Nazirliyi Azərbaycanın iki vətəndaşının həbs edildiyini təsdiqləyib.

İran XİN-in Azərbaycanın notasına cavabında deyilir ki, Azərbaycanın iki vətəndaşı cinayət törətməyə cəhddə təqsirləndirilirlər.

Geri qayıt