Əsas Səhifə > Güney Press / Manşet > ERMƏNİLƏRLƏ QOHUM OLANLAR ÜÇÜN BƏD XƏBƏR

ERMƏNİLƏRLƏ QOHUM OLANLAR ÜÇÜN BƏD XƏBƏR


3-07-2012, 18:10
ERMƏNİLƏRLƏ QOHUM OLANLAR ÜÇÜN BƏD XƏBƏR

ONLARIN XÜSUSİ DOSYALARI HAZIRLANIR, GƏLƏCKDƏ TƏDBİR GÖRÜLƏCƏK

DİA.AZ: - Keçən gün məlumat verərək bildirmişdik ki, Binəqədi rayon icra hakimiyyətinə başçının humanitar məsələlər üzrə müavini Fəxrəddin Məlikov bu günlərdə Ermənistana sovqat yollayıb. Məlumatımızda onu da vurğulamışdıq ki, “Azəriqaz” İstehsalat Birliyinin sabiq rəhbəri Əlixan Məlikovun qardaşı olan Fəxrəddin Məlikovun Ermənistana sovqat yollaması səbəbsiz olmayıb. Bu barədə qaynağın iddia etdikləri: В«Əlixan Məlikov sovqatını Gürcüstanın araçılığı ilə yollayıb. Yəni ilk əvvəl Gürcüstana, oradan isə İrəvana göndərilən sovqatın içində ənənəvi pay-pürüş, hədiyyələr olubВ».

Xatırladaq ki, dəfələrlə ermənilərlə qohumluq əlaqələri olan məmurlar barədə ölkənin ayrı-ayrı tribunalarında həyəcan təbili çalınsa da, bu məsələ hər dəfəsində qulaqardına vurulub.

Amma deyəsən, bu dəfə belə olmayacaq. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hakimiyyət içindəki mötəbər mənbənin sözlərinə görə, artıq xüsusi xidmət orqanları vəzifədə başında olan şəxslərlə bağlı xüsusi dosya hazırlamaqdadır: В«Əslində bu kimi sənədlər indinin özündə də mövcuddur. Sadəcə olaraq, bundan sonra bütün proseslər təşkilatlanmış qaydada həyata keçiriləcək və məmurların, həmçinin dövlət qulluğunda çalışma istəyində olan şəxslərlə bağlı ümumi informasiyalardan ibarət xüsusi arxiv idarəsi yaranacaqВ».

В«Xüsusi arxiv idarəsində toplanan materialların nə kimi dəyəri olacaqВ» sualımızın qarşılığında isə mənbəmiz bildirdi ki, əslində hələlik həmin sənədlərə söykənərək hansısa addımın atılması gözlənilən deyil: В«Yəni məsələn, Fəxrəddin Məlikovun ermənilərlə qohum olması faktına görə, vəzifəsindən alınması gözlənilməsə də, bu adamın fəaliyyəti nəzarətə götürüləcəkВ».

Hər halda, DİA.AZ-ın açıqladığı bir məlumatın bu qədər diqqətə alınması məmnunedici olsa da, dövlətin sözügedən istiqamətdə həddindən artıq hövsələli davranışları da anlaşılan deyil. Ən azından bir məsələ nəzərə alınmalıdır ki, dünyanın tək-tük monoetnik ölkələrindən olan düşmən Ermənistanda nəinki hansısa qeyri-erməni yüksək vəzifədə deyil, hətta bu imkansızdır da. Dəfələrlə erməni mətbuatda bu gün Ermənistan ərazisində yaşayan azsaylı yezidi kürdlərin milli müstəvidə diskriminasiyaya uğraması haqda faktlara da rast gəlmişik.

Amma Azərbaycan hələlik bir dövlət olaraq bu məsələyə tolerant mövqedən yanaşır. Amma hələlik. Çünki mənbəmiz də bildirir ki, ermənilərlə qohumluq əlaqələri olan şəxslərin Azərbaycanda siyasi mövqeyə, hər hansı vəzifəyə yüksəlişinin qarşısını alacaq addımların atılması ideyası mövcuddur və yaxın zamanlarda buna şahidlik edəcəyik.

Onu da xatırladaq ki, Bakıda yaşayan erməni kökənli məmurların günü bu gün də öz ölülərini xristian-qriqoryan adətlərinə uyğun şəkildə dəfn etmələri barədə xəbərlər var. Bu barədə redaksiyamız çox ilginc faktlar əldə edib və hətta nüfuzlu məmurlarımızdan birinin avtomobil qəzasında dünyasını dəyişən öz qaynı oğlunun erməni kimi basdırılmasına nail də olub. Bizi izləyin…


Geri qayıt