Əsas Səhifə > Ölkə > NAXÇIVANA YENI MAGİSTRAL YOL ÇƏKİLİR
NAXÇIVANA YENI MAGİSTRAL YOL ÇƏKİLİR16-09-2011, 10:59 |
BAKIDAN MİN AVTOBUSA, DÜŞ NAXÇIVANDA Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Bunu İranın nəqliyyat və şəhərsalma naziri Əli Nikzad deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir. Nikzad bildirib ki, magistral yolun tikintisini Xatəmul-Ənbiya Qərargahı həyata keçirəcək. "Artıq magistral yolun tikilməsi məqsədilə Nəqliyyat və Şəhərsalma Nazirliyi, Xatəmul-Ənbiya Qərargahı və ölkə banklarından biri arasında əməkdaşlıq sazişi imzalanıb", - nazir qeyd edib. Onun sözlərinə görə, magistral yol sərnişin və yükdaşımanı asanlaşdırmaq məqsədilə tikilir. "Yolun tikintisinə sərmayənin 50 faizini Nəqliyyat və Şəhərsalma Nazirliyi, 50 faizini isə özəl sektor yatıracaq", - Nikzad deyib. Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərində jurnalistlərə açıqlama verən nazir bildirib ki, yaxın gələcəkdə Ərdəbildən Parsabada dəmir yolu çəkiləcək. "Parsabad xalqına söz veririk ki, yaxın gələcəkdə Ərdəbildən Parsabada dəmir yolu çəkiləcək və bu yol Azərbaycan, Rusiya və Çin dəmir yollarına birləşdiriləcək", - o əlavə edib. Yolun çəkilişinə qoyulan sərmayənin həcmi açıqlanmayıb. İran Prezidenti Mahmud Əhmədinejad və Nazirlər Kabinetinin üzvləri sentyabrın 14-də İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər ediblər. Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edib. Geri qayıt |