Əsas Səhifə > Hadisə, Manşet > ŞOK: İRAQDAN KÖÇƏN KÜRD AÇIQLAMA VERDİ
ŞOK: İRAQDAN KÖÇƏN KÜRD AÇIQLAMA VERDİ3-07-2012, 14:42 |
«BİZ AZƏRBAYCANA DAİMİ OLARAQ GƏLMƏMİŞİK, GERİ QAYIDACAĞIQ» DİA.AZ: - Dəfələrlə yerli mətbuatımız Azərbaycana qonşu ölkələrdən kürd kökənlilərin köçlərinin həyata keçirilməsi barədə məlumatlar yaysa da, amma hər dəfəsində rəsmi ünvanlar ya bu barədə susublar, ya da yazılanları inkar ediblər. Amma fakt faktlığında qalıb və son illər ərzində Azərbaycana təxminən 3000-ə yaxın kürd kökənli şəxsin köç etdiyi məlum olub. DİA.AZ əməkdaşı isə bu günlərdə Bakıdakı restoranların birində təsadüfi olaraq həmin kürd əsilli köçkünlərdən biri ilə eyni ziyafətdə iştirak edib və adının açıqlanmasını istəməyən həmin şəxsi danışdırmağa da müvəffəq olub. Şərti olaraq O.M. adlandıracağımız həmin şəxslə qısa söhbəti diqqətinizə çatdırırıq: - Çoxdan gəlmisiniz Azərbaycana? - Hə, 3 il olar. Amma burada qalmayacağıq. Biz Azərbaycana daimi olaraq gəlməmişik, geri qaydıacağıq. Sizin qəzetlərdə yazılanlardan da xəbərim var. Nahaq belə yazırsınız. Biz bura Azərbaycan dövlətinə zərər vermək üçün gəlməmişik. Hərənin bir səbəbi var. - Sirr deyilsə, sənin səbəbin nədir? - Desəm ki, qaçaq gəlmişəm, yalan olacaq. İraqda da durumumuz yaxşı idi. Amma oralar ailə ilə yaşamaq üçün çətindir. - Bəs bizim dili hardan öyrənmisən? - Mən İraqda olanda da türkcəni bilirdim. Burada da türkcəyə alışmağımız çətin olmadı. Evimizdə də türkcə danışılır. Amma özümüz kürdük. Sizdə isə kürdlərə qarşı nifrət yoxdur. Amma İraqın bəzi yerləri var ki, kürd olduğumuzu bilsələr, başımızı kəsərlər. - Neçə nəfər olarsınız Aərbaycanda? - Dəqiq sayı bilmirəm. Amma bizimlə bərabər 8 ailə gəlmişdi. Onların yalnız bəziləri ilə əlaqəm var. - Burada nə iş görürsünüz? Ailənizi necə dolandırırsınız? Sizinlə Azərbaycan məmurları əlaqə saxlayırmı? - Azərbaycanda kiçik biznesim var. Türkiyə və İrandan mal gətirib, satıram. Məmurlarınızla da problemimiz yoxdur. Polisdə qeydiyyatdayıq və çalışıram ki, heç bir problemim də yaranmasın. - Yox, mən vəzifədə oturan şəxslərlə, yerli siyasi rəhbərliklə əlaqələrinizlə bağlı soruşuram? - Vallah, onların heç birini tanımıram və onlarla heç bir əlaqəm yoxdur. - Bəs sizi kim himayə edir? Yəni necə oldu ki, birdən-birə Azərbaycana köç etmək qərarına gəldiniz? Hər halda, arada Türkiyə də var idi. Orda da məskunlaşa bilərdiniz… - Türkiyədə qalanlarımız da var. Amma mən Azərbaycanı İraqda yaşayan bir tanışımdan xəbər almışdım. Sonradan eşitdim ki, bir neçə ailə bura köç etməyə hazırlaşır. Mən də eləcə onlara qoşuldum. Amma bu köçün kim tərəfindən təşkil olunduğunu bilmirəm. Sadəcə olaraq Əhməd adlı bir tanışımın araçılığı ilə bura gəldim. O, kömək etdi və indi də onunla əlaqəm var. Geri qayıt |