Əsas Səhifə > Cəmiyyət > ƏLİ HƏSƏNOV İDRAK ABBASOVA NƏ VƏD EDİB?

ƏLİ HƏSƏNOV İDRAK ABBASOVA NƏ VƏD EDİB?


3-07-2012, 12:55
ƏLİ HƏSƏNOV İDRAK ABBASOVA NƏ VƏD EDİB?

“DAHA ÖZÜMÜ DÖYDÜRMƏMƏLİYƏM”

DİA.AZ: - Müxtəlif zamanlarda problemlər yaşamış və bu ilin aprel ayının 18-də Döblət Neft Şirkətinin qoçuları tərəfindən vəhşicəsinə döyülmüş “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasov artıq problemlərdən uzaqlaşaraq dinc həyatın sürprizləri ilə məşğul olur. Onun facebook səhifəsində yazdığı status fədakar jurnalist əməyinə dövlətin və cəmiyyətin verdiyi yüksək qiyməti əks etdirir.

DİA.AZ bildirir ki, İdrak Abbasov yazır: “Bu gün iki hadisə ilə üzləşmişəm: 1. Prezident Aparatının şöbə müdiri Əli Həsənov mənə nə problemim varsa, həll etməyə yardım edəcəklərini Rəsul Cəfərov və Cəsur Sümerlinin yanında vəd etdi. Dedi ki, amma daha özümü döydürməməliyəm.

2. Avtomobilimə mühərrik üçün kəmər və ehtiyat hissə almağa Fövqəladə Hallar Nazirliyinin yanındakı dükana girdim. Azad adlı dükan sahibi ehtiyat hissələrini versə də, inadıma baxmayaraq, pul götürmədi. Dedi ki, sən xalqa görə özünü şikəst edə bilirsən, mən bu kişiliyi edə bilmərəm?”

Həyat riyazi dəqiqliklə hesablanıb. Ortaq məxrəcə gəldikdə, cavab kəsirsiz alınır...

Geri qayıt