Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVDAN YENİ TƏLİMAT GƏLDİ

ZİYA MƏMMƏDOVDAN YENİ TƏLİMAT GƏLDİ


2-07-2012, 15:55
ZİYA MƏMMƏDOVDAN YENİ TƏLİMAT GƏLDİ

NAZİR ÖZ TAKSİLƏRİNƏ DƏSTƏK ÜÇÜN KAMPANİYA KEÇİRƏCƏK

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun taksiçilik biznesində tətbiq etdiyi В«bənövşəyi siyasətВ» demək olar ki, tam mənada iflasa uğramaqdadır. Nə müştərilərin və nə də ki sürücülərin maraqlarını cədb etməyən yeni В«London taksiləriВ»ndən bütün tərəflər imtina etməkdədir.

Doğrudur, hər bu kimi xəbərimizin ardından nəqliyyat nazirliyinin mediatik simaları mətbuat qarşısına çıxaraq çatdırdığımız informasiyaları təkzib edirlər. Amma bu inkarlar belə ortalıqdakı həqiqətlərin ört-basdır edilməsinə nədən ola bilmir. Çünki fakt faktlığında qalır. Fakt isə ondan ibarətdir ki, yeni taksilərdən nə müştərilər məmnundur, nə də az qala nökərçiliyə cəlb olunan sürücülər.

Deyəsən, artıq nazir Ziya Məmmədov da milyonlarla vəsaitin xərcləndiyi yeni taksilərdəki iflasın həddini sözün tam mənasında yaxşı anlayıb. Əgər belə olmasaydı, nazirlik adından В«London taksiləriВ»nin sürücüləri arasında В«ən yaxşı sürücüВ»nün müəyyən olunması istiqamətində işə başlanılmazdı.

Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbənin söylədiyinə görə, şəxsən Ziya Məmmədovun tapşırığı ilə NN yeni taksilərdə çalışan sürücülər arasında müsabiqə elan etməyə hazırlaşır. Müsabiqədə çox ciddi məbləğ - 10 min manat pul mükafat kimi qoyulub və müsabiqənin şərtlərinə görə, daha çox müştəri məmnuniyyəti qazanan və təbii ki, planı vaxtlı-vaxtında, həmçinin artıqlaması ilə dolduran sürücü həmin mükafatı ala biləcək.

Mənbəmizin söylədikləri: В«Bu barədə hələlik real addım atılmayıb, amma planda var. Çünki nazir keçən həftə belə bir göstəriş verib. Çünki В«London taksiləriВ» siyasəti iflasa uğrayıb və əgər hakimiyyətin üst düzəyi bundan xəbər tutarsa, neft pullarını havaya sovurmuş NN şefi üçün heç də vəziyyət ürəkaçan olmaya bilər. Çünki davamlı şəkildə bu sahə ilə bağlı Prezident Administrasiyasına - birbaşa prezidentə təqdim olunması üçün hesabatlar təqdim olunur. Və əks halda, nazirin prezidentə yalan məlumat çatdırması faktı ortaya çıxmış olacaqВ».

Geri qayıt