Əsas Səhifə > Siyasət, Manşet > NAZİR VALİDEYN QİYAMI TƏDARÜKÜNDƏ
NAZİR VALİDEYN QİYAMI TƏDARÜKÜNDƏ2-07-2012, 12:46 |
TN ŞEFİ MİSİR MƏRDANOV TQDK SƏDRİNDƏN QİSAS ALMAQ NİYYƏTİNƏ DÜŞÜB DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata açıqlama verən Misir Mərdanov orta məktəb attestatlarının verilməsindəki yubanmalara aydınlıq gətirərkən bildirmişdi ki, nazirlik buraxılış imtahanlarını keçirən qurumdan, yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından yekun nəticələrlə bağlı məlumatı gözləyir. Əslində, bu zaman Misir Mərdanovun öz aləmində əzəli rəqibi - TQDK sədri Məlyekə Abbaszadəni ictimai hədəfə çevirmə niyyəti açıq-aydın duyulmaqda idi. Çünki həqiqətən də valideynlərin əksəriyyəti attestatların verilməsinin yubanmasından narahatdırlar və istirahət aylarının az qala tən yarısının geridə qalmasına baxmayaraq, bu səbəbdən paytaxtda hələ də tünlükdür. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Misir Mərdanov sözügedən məsələ ilə bağlı əməlli-başlı qalmaqal yaratmağa hazırlaşır. Mötəbər mənbənin söylədikləri: «Neçə müddətdir ki, bir qrup valideyn nazirliyə davamlı olaraq müraciət edib və cavablarla tanış olmaq istəyir. Nazirlik isə hamını TQDK-nın üzərinə yönəldir. Buradan isə Misir Mərdanova əlavə yeni ideya gəlib». Mənbə bildirir ki, attestatların verilməsinin yubanması məsələsindən sui-istifadə etməyə çalışan Misir Mərdanovun adamları şikayətçi düşən valideynlərə məsləhət görüblər ki, onlar dinc dayanmasınlar və TQDK-dan Prezident administrasiyasına şikayət etsinlər: «Misir Mərdanov belə düşünür ki, bu yolla yenidən buraxılış imtahanlarının keçirilməsi işi TQDK-dan alınıb təhsil nazirliyinə qaytarılacaq. Çünki nazir həmin prosesi əldən verməklə böyük qazanc yerini itirib». Məlumatlarda o da deyilir ki, hətta nazirliyə şikayətə gələn bir qrup valideynə ajiotajın yaranması üçün PA-ya yürüş etmələri də məsləhət görülüb. Maraqlıdır ki, öz mövqeləri uğrunda davaya çıxan Misir Mərdanovu hətta hakimiyyətin ümumi maraqları belə düşündürmür. Geri qayıt |