Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARIMIZIN ŞOK İSTİRAHƏT BƏDXƏRCLİYİ
MƏMURLARIMIZIN ŞOK İSTİRAHƏT BƏDXƏRCLİYİ2-07-2012, 12:26 |
BİR AYLIQ ƏYLƏNCƏLƏRİ ÜÇÜN ƏN AZINDAN 50 MİN DOLLAR XƏRCLƏYİRLƏR DİA.AZ: - Havaların hələlik soyuq keçməsinə baxmayaraq, qarşıda proqnozlaşdırılan isti yay ayları məmurlarımız üçün sanki bir siqnal rolunu oynayıb. Əslində bu normal bir haldır. Sadəcə olaraq anormal olanı əhalisinin böyük əksəriyyəti səfalət içində yaşayan bir ölkənin məmurlarının astronomik məbləğə özlərinə istirahət təşkil etmələridir. DİA.AZ-ın bununla bağlı apardığı araşdırmalardan da aydın olur ki, bir aylıq istirahəti üçün ən az pul xərcləyən məmur 40-50 min avrosundan keçməli olur. Redaksiyamızın əlaqə saxladığı yerli turizm şirkətlərindən və həmçinin xarici turizm agentliklərinin Azərbaycan bürolarından əldə etdiyimiz ilginc faktları diqqətinizə çatdırırıq. Bəri başdan bildiririk ki, açıqlanan faktların əksəriyyətində anonimlik qorunub. Sadəcə olaraq bir detal - məmurların tutduqları vəzifə dəqiq göstərilib. Beləliklə; - nazirlərimizdən biri İspaniyada bir aylıq istirahət paketini 245 min avroya satın alıb; - digər bir naziriiz isə ABŞ-ın məşhur Mayami istirahət mərkəzində özünün bir aylıq əyləncəsinə 200 min ABŞ dolları xərcləyib; - Prezident Administrasiyasının 3 əməkdaşı (ola bilsin ki, qabaqcadan razılaşıblar) 180 min ABŞ dollarına Yunanıstan və yunan Kiprində istirahət edəcək; - Yaponiya və Cənubi Koreyada (hərəsində 15 gün olmaq şərtilə) istirahət edən Nazirlər Kabinetinin bir əməkaşı isə 120 min dollarından keçməyə hazırlaşır; - Misiri seçən bir komitə sərimizin isə 110 min dolları sərf edəcəyi şəkksizdir; - 2 icra başçısı Türkiyədə 50 min dollarlıq istirahətə maraq göstərib. Onu da bildirək ki, məmurlarımızın bəziləri övladları üçün də ayrıca istirahət paketəri alıblar ki, bu məsələdə də ciddi bədxərclik müşahidə olunur. Amma bir faktda var ki, Azərbaycanda qalıb istirahət etməyə üstünlük verən yetərincə məmurumuz da var. Lakin bu o demək deyil ki, Azərbaycan istirahət ucuz başa gəlir… Geri qayıt |