Əsas Səhifə > Ölkə > “MƏN ŞƏRTİ OLARAQ HƏBSDƏN ÇIXSAM DA”...
“MƏN ŞƏRTİ OLARAQ HƏBSDƏN ÇIXSAM DA”...1-07-2012, 16:52 |
OQTAY GÜLALIYEV ƏLİ HƏSƏNOVA REAKSİYA VERDİ Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun vətəndaş cəmiyyəti instituları ilə dialoq təşəbbüsünə reaksiyalar gəlməkdədir. Bi barədə reaksiya verənlərdən biri də QHT fəaliyyətinə görə qanunsuz olaraq həbsə atılmış, aparıcı bir QHT Koalisiyasının- “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevdir. DİA.AZ-a veridiyi açıqlamasında O.Gülalıyev bildirib: “Əli Həsənovun vətəndaş cəmiyyəti ilə dialoq təklifinə münasibətim belədir. Təşəbbüs özü gecikmiş olsa da müsbət təşəbbüsdür və təbii ki, təqdir olunmalıdır. Əli Həsənov bu gün hakimiyyətin səlahiyyəli söz sahiblərindən biridir. Sözsüz ki, bu təşəbbüs həm də hakimiyyətin təşəbbüsüdür. Cəmiyyətdə barış, sülh, dinamik inkişaf üçün dialoq və əməkdaşlığa həmişə ehtiyac var. Yəni demək istəyirəm ki, dialoq və əməkdaşlıq hakimiyyətlə cəmiyyətin müxtəlif qütbləri, sektorları və təbəqələrı arasında əlaqələndirici aparıcı funksiya olmalıdır. Amma bu təşəbbüsün arxasında konkret əməl dayanmalıdır və təşəbbüs həqiqi əməkdaşlığa xidmət etməklə problemlərin həllinə yönəlməlidir. Məsələn, təmsil etdiyim “Kür” Cəmiyyəti də yarandığı ilk gündən hakimiyyətlə qarşılıqlı dialoq və əməkdaşlıq istəyi ilə çıxış etdi və müəyyən qədər buna nail olundu. Amma sonra nə baş verdi? Təşkilatımızın 2 üzvü qanunsuz və haqsız yerə həbs olundu, haqqında cinayyət işi qaldırıldı. Düzdür mən şərti olaraq həbsdən çıxsam da digər üzvümüz İlham Əmiraslanov həbsdədir. Təşkilatımızın regionlarda fəaliyyəti demək olar ki, məhdudlaşdırılıb. Üzvlərimizi polisə çağırıb hədə qorxu gəlirlər. Halbu ki, “Kür” Cəmiyyəti ictimai fəaliyyətlə məşğuldur və 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması prosesində vətəndaş cəmiyyətinin iştirakını təmin edir. Təsirə məruz qalan, problemləri həll olunmayan insanların problemlərinin həllində iştirak edir. Onlara hüquqi xidmət göstərir, ictimai dəstək verir. Yerlərdə icmaların formalaşmasına kömək edirik. Dialoq və əməkdaşlıq qarşılıqlı inam və etimad üzərində qurulmalıdır. Hesab edirəm hakimiyyətin vətəndaş cəmiyyəti ilə dialoq təklifi təqdir olunmaqla aşağıdakı konkret problemlərin həlli əsas müzakirə obyekti olmalıdır; - İctimai birliklərin, QHT- lərin dövlət qurumları ilə əməkdaşlığının real mexanizmləri hazırlanmalıdır. Dövlət qurumlarının idarə olunması, qərarların qəbulunda ictimai iştirakçılıq təmin olunmalı, dövlət qurumlarında İctimai Şuralar yaradılmalıdır. Həmin Şuraların formalaşması şəffaf və ədalətli aparılmalıdır; - İctimai Birliklərin, QHT- lərin fəaliyyətinin güclənməsi üçün onların institusional dəstəyinin, ofis, kommunikasiya imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilsin. Məs; QHT- lərin güzəştli ofis təminatı üçün İctimai Binalar ayrılsın, onların regionlarda məhdudiyyətsiz, inzibatı müdaxilə olmadan fəaliyyətinə şərait yaradılsın və yerlərdə QHT- lər üçün Resurs Mərkəzləri fəaliyyət göstərsin; - QHT- lərin qeydiyyatı sadələşdirilsin və bunun üçün qanuna müəyyən düzəlişlər və əlavələr edilsin, “bir pəncərə sistemi” tətbiq edilsin; - QHT- lərin büdcə təminatının, layihə imkanlarının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilsin; - Sosial Sərmayə Proqramlarında, eləcə də bir sıra Dövlət Proqramlarında QHT nümayəndələrinin iştirakı üçün müəyyən addımlar atılsın. Ölkədə fəaliyyət göstərən aparıcı biznes qurumlarının, transmilli şirkətlərin QHT layihələrinin, təşəbbüslərinin dəstəklənməsində iştirakı üçün dövlət səviyyəsində müəyyən stimulverici addımlar atılsın; - DNF- nin idarəçiliyində Müşahidə Şurasında vətəndaş Cəmiyyətinin həqiqi təmsilçiliyi təmin olunsun, ictimai vəsaitlərin xərclənməsində QHT- lərin iştirakına şərait yaradılsın. Dövlət Komissiyalarının işinə müvafiq QHT- lər cəlb olunsun. - Həbsdə olan QHT nümayəndələri azadlığa buraxılsın, üzərində qondarma cinayyət işi olan QHT nümayəndələrinin cinayyət işinə xitam verilsin. Fərqli fikir söyləyən, praktik fəaliyyətlə məşğul olan QHT nümayəndələrinə basqılara son qoyulsun, onların fəaliyyətinə şərait yaradılsın və s. QHT- lər də öz növbəsində ölkəmizin müstəqilliyinin qorunması və inkişaf etdirilməsi, İran və Ermənistan daxil olmaqla bəzi xarici ölkələrdən Azərbaycana yönəlik təhdidlərin qarşısının alınmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, hərbi vətənpərvərliyin yüksəldilməsində, vətəni sevmək və qorumaq kimi milli- mənəvi dəyərlərin inkişaf etdirilməsi və s. istiqamətlərdə dövlət qurumları ilə daha səmərəli əməkdaşlığı gücləndirməlidir». Geri qayıt |