Əsas Səhifə > Hadisə > 2 NƏFƏRİ BIÇAQLAYIB ARADAN ÇIXDI

2 NƏFƏRİ BIÇAQLAYIB ARADAN ÇIXDI


1-07-2012, 16:24
2 NƏFƏRİ BIÇAQLAYIB ARADAN ÇIXDI

BIÇAQLANANLARDAN BİRİNİN DURUMU AĞIRDIR

İyulun 1-də Salyan rayonunda bıçaqlaşma hadisəsi baş verib. Salyan Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayonunun Kürqaraqaşlı kənd sakinləri, 1995-ci il təvəllüdlü Vahid Xeyrulla oğlu Hadıyev və 1990-cı il təvəllüdlü Nemət Heybət oğlu Nəsirov rayon mərkəzində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Hər iki şəxs yaralı vəziyyətdə-birinci sol qasıq nahiyəsinin aorta damarının kəsilmiş yarası, ikinci isə sol bud nahiyəsindən iki bıçaq yarası diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V. Hadıyev vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.

Rayon polisi tərəfindən hadisəni törədən şəxsin axtarışı davam etdirilir.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanıb.

Geri qayıt