Əsas Səhifə > Siyasət, Manşet > ƏBÜLFƏZ QARAYEVİN ÖZBAŞINA QALMIŞ İŞÇİLƏRİ

ƏBÜLFƏZ QARAYEVİN ÖZBAŞINA QALMIŞ İŞÇİLƏRİ


1-07-2012, 16:11
ƏBÜLFƏZ QARAYEVİN ÖZBAŞINA QALMIŞ İŞÇİLƏRİ

BƏRDƏNİN MƏDƏNİYYƏT İŞÇİLƏRİNİN GÜNÜ GÖY ƏSKİYƏ DÖNDƏRİLİB

DİA.AZ: - Redaksiyamıza Bərdə rayon Mədəniyyət və Turizm İdarəsində (BMTİ) mütəmadi olaraq rüşvət yığıldığı barədə məlumatlar daxil olub. Daxil olan məlumatlarda qeyd edilir ki, Bərdə rayon Mədəniyyət və Turizm İdarəsinə rəhbər təyin olunan Soltan adlı şəxs orda çalışanların günün göy əskiyə döndərib.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, BMTİ-nin rəhbəri Soltan adlı şəxs dövlət vəsaitini talan etməklə məşğuldur. Bu yaxınlarda sayt yaratmaq adı altında rayonun kitabxana direktorlarından 30-50 manat məbləğində pul yığdırıb. Pulu verməyənləri isə işdən çıxarılacağı ilə hədələyib. Kitabxana direktorlarının aylıq məvaciblər 120-130 manat civarında olmağına baxmayaraq Soltan müəllim buna məhəl qoymayaraq yalnız pul tələb edib. Rayonun kitabxana direktorlarının müxtəlif tədbirlərin keçirilməsi adı ilə onlardan pul tələb edən Bərdə rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbəri hansısa bir tədbirin keçirilməsinə 1000 manat tələb olundğunu iddia edərək həmin vəsaiti 10 qat artığına büdcədən sildirərək mənimsəyir. BMTİ-nin rəhbəri sözü gedən əməliyyatları başına topladığı və Dövlət Qulluğundan imtahan verməmiş təsadüfi adamlar vasitəsilə həyata keçirir.

Həmin adamlar isə Soltan müəllimə etibarlı şəxslər sayılır. BMTİ-nin rəhbərinin etibarlı şəxsləri imtahandan kəsiliblər. Ancaq Soltan müəllim qanunsuz olaraq onları BMTİ-yə işə qəbul edib. Bundan əlavə qəzetimizə daxil olan məlumatlarda qeyd edilir ki, mədəniyyət evləri və kitabxanalarda fəaliyyət göstərən kurs və dərnəklərdən toplanan vəsait də Soltan müəllim tərəfindən mənimsənilir. Rayonun Mədəniyyət Evində kurs və dərnəklərdə hər ay 3,500 manata yaxın vəsait toplanır.

Lakin bu vəsaitin yalnız dörddə biri dövlət büdcəsinə köçürülür. Qalan pul nağd şəkildə BMTİ-nin rəhbəri Soltan adlı şəxsin cibinə gedir. Kurslara gələn uşaqlardan pul alınması ilə bağlı onlara qəbz təqdim olunmur. Sağlamlıq kursunda aylıq təhsil haqqı kimi 25-30 manat alınır. Dövlət büdcəsinə isə 6 manat keçirilir. Yerdə qalan 19-24 manat mənimsənilir. Artıq bu cür analoji hal adi hala çevrilib. Deyilənlərə görə, quruma rəhbərlik edən Soltan adlı şəxs öz yaxın ətrafını da başına toplayaraq onlara aylıq maaş yazıb özünə götürür. Adı çəkilən şəxs rayonun mədəniyyət müəssisələrinin dövlət tərəfindən ayrılan büdcəsini illərdir talan etməklə məşğuldur. Tədbirlərə ayrılan inventarın alınmasına, təmirə ayrılan dövlət vəsait bu şəxs tərəfindən havaya sovrulub. Daxil olan məlumatlarda daha sonra bildirilir ki, Soltan müəllim iclaslarda nazir Əbülfəs Qarayevin adını çəkməkdən belə çəkinmir, onun adından istifadə edərək hər ay Mədəniyyət Nazirliyi rəhbərliyinə böyük məbləğdə haqq verdiyini söyləyir.


Geri qayıt