Əsas Səhifə > Güney Press / Manşet > FAZİL MƏMMƏDOV BƏYLƏR ƏYYUBOVA QARŞI GEDİR?

FAZİL MƏMMƏDOV BƏYLƏR ƏYYUBOVA QARŞI GEDİR?


29-06-2012, 16:22
FAZİL MƏMMƏDOV BƏYLƏR ƏYYUBOVA QARŞI GEDİR?

GENERALIN RESTORANINA VERGİ CƏRİMƏSİ NƏDƏN KƏSİLİB?

DİA.AZ: - Vergilər Nazirliyindən verilən məlumata görə, iyun ayının 27-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Quliyev Faiq Süleyman oğluna məxsus, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəbov küçəsi, ev 24 ünvanda yerləşən “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması tədbirləri həyata keçirilib.

F.Quliyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən 2012-ci ilin aprel ayı üzrə 8 min 909,54 manat vergi borcunun yarandığı müəyyən edilmiş, qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə baxmayaraq vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ödənilməyib.

İyun ayının 20-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi F.Quliyevə məxsus “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi ödəyicisi əmlakın siyahıya alınması zamanı borcun bir hissəsini, yəni 4 min 500 manatını yerindəcə ödəmiş, qalan 6 min 450 manat məbləğ isə ödənilmədiyindən, şadlıq evinə məxsus müxtəlif növ texniki avadanlıqlar və mebel müvafiq qaydada siyahıya alınıb.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, sözügedən şadlıq sarayı Bəylər Əyyubova yaxın bit şəxsə məxsusdur. Mənbənin söylədikləri: В«Vergilər nazirliyinin bu məsələdə sərt davranmasının səbəbləri var. Buna qədər dəfələrlə həmin şadlıq sarayının rəhbərliyinə xəbərdarlıq edilsə də, general Bəylər Əyyubova güvənən şadlıq sarayının rəhbərliyi bir neçə dəfə VN əməkdaşlarını qapısından belə qovubВ».

Yəni bundan sonra vəziyyətin bu həddə çatdığını və məsələyə birbaşa olaraq vergilər naziri Fazil Məmmədovun qarışdığını bildirən mənbəmiz vurğuladı ki, nazirlik adından cərimə qərarının çıxarılmasını birbaşa olaraq nazirin özü verib.


Geri qayıt