Əsas Səhifə > Sosial, Manşet > QUBA HADİSƏLƏRİNDƏ ŞOK GƏLİŞMƏ - ÖZƏL

QUBA HADİSƏLƏRİNDƏ ŞOK GƏLİŞMƏ - ÖZƏL


29-06-2012, 13:48
QUBA HADİSƏLƏRİNDƏ ŞOK GƏLİŞMƏ - ÖZƏL

«XƏYAL TV»NİN LİSENZİYASI LƏĞV OLUNA BİLƏR: KANAL ARDNŞ ŞEFİNƏ VERİLİR

DİA.AZ: - Qubadakı məşhur 1 Mart olayları indi də adı həmin hadisələrdə maraqlı tərəf kimi hallandırılan «Xəyal TV»nin bağlanmasına nədən olmaqdadır. Bu barədə DİA.AZ-a Milli Teleradio Şurasındakı qaynaqlardan məlumat verilib.

Bildirək ki, «Quba işi» ilə əlaqədar sözügedən telekanalın iki əməkdaşı - direktor Vüqar Qonaqov və redaktor Zaur Quliyev həbsə atılıb. Bu telekanalın isə Quba hadisələri zamanı rayona ezam etdiyi rəsmi Bakının müəyyən etdiyi «sülh korpusu»nun tərkibində yer almış qubalı deputat Vahid Əhmədova yaxın olduğu söylənilir. Və qeyri-rəsmi xəbərlərə görə, devrilmiş icra başçısı Rauf Həbibovla münasibətləri çox kəskin olan və günü bu gün də həmin düşmənçilikləri davam edən Vahid Əhmədov «Xəyal TV» əməkdaşlarına həmin səs-küylü videomaterialın hazırlanması arədə xüsusi göstəriş veribmiş. Doğrudur, hələlik bu ittihamlar istintaq qrupu tərəfindən araşdırmaya götürülməyib, amma əldə etdiyimiz son xəbərlərin mahiyyətindən də aydın olur ki, enində-sonunda Vahid Əhmədovun da sorğu-sual edilməsi gözlənilir.

Redaksiyamızın əldə etdiyi son bilgilərdən isə belə aydın olur ki, MTRŞ-ə «XəyalTV»nin lisenziyasının ləğv edilməsi barədə təlimat daxil olub: «Təlimat hakimiyyətin çox yüksək dairələrindən gəldiyindən bu məsələnin müzakirə olunacağı gözləniləndir».

Mənbəmiz onu da bildirdi ki, ola bilsin, «XəyalTV» bağlanmasın və kanalda rəhbər dəyişikliyi həyata keçirilsin: «Amma istənilən halda Quba olaylarının nəticələrinin miqyası genişlənmək üzərədir». Bir versiya da var ki, telekanal Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin kurasiyasına verilə bilər. Xatırladaq ki, ARDNŞ prezidenti artıq sözügedən bölgədə bir əyalət telekanalına hamilik etməkdədir. Söhbət Xaçmazdan yayımlanan «Region TV»dən gedir.

"Xəyal" Müstəqil Televiziya və Radio Şirkəti 7 avqust 1998-ci ildə yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Xəyal" TV 1 sentyabr 1998-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır.

Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.

"Xəyal" Müstəqil Televiziya və Radio Şirkətinin təsisçiləri Qədimbəyli Yusif Qafar oğlu və Qədimova Mehri Yusif qızıdır. [1] "Xəyal" TV-nin həftəlik yayımının ümumi həcmi 88 saat təşkil edir.

Ümumi efir vaxtının 15,96 faizini ölkədə istehsal olunan proqramlar, 45,23 faizini xaricdə istehsal olunan proqramlar, 38,81 faizini şəxsi istehsal olan proqramlar təşkil edir.

"Xəyal" TV-nin yayım dilini dövlət dili (40,52%), əcnəbi dil (59,48%) təşkil edir.


Geri qayıt