Əsas Səhifə > Hadisə, Manşet > ARZU SƏMƏDBƏYLİ MÜSAVATA BAŞQAN OLACAQ

ARZU SƏMƏDBƏYLİ MÜSAVATA BAŞQAN OLACAQ


21-10-2011, 14:49
ARZU SƏMƏDBƏYLİ MÜSAVATA BAŞQAN OLACAQ

BU MƏLUMATI TREND YAYIB

İsa Qəmbər Müsavat Partiyası başqanlığına gətirəcəyi adamı artıq müəyyənləşdirib. Bu barədə Trend-ə partiyanın adının açıqlanmasını istəməyən fəal üzvlərindən biri məlumat verib.

Mənbənin sözlərinə görə, partiyada Arif Hacılının başqan olmasını istəyənlərin sayının çox olmasına baxmayaraq, İsa Qəmbər Arzu Səmədbəylinin başqan olmasını istəyir. Müsavat üzvü onu da deyib ki, İsa Qəmbər öz müavini Səmədbəylinin başqan ola bilməsi üçün ciddi işlərə başlayıb. Partiyada İsa Qəmbərin bu qərarına Arif Hacılı tərəfdarlarının narazılığı müşahidə olunur.

Partiyadakı mənbə onu da bildirib ki, İsa Qəmbərin sözdə Arif Hacılını, əməldə isə Arzu Səmədbəylini dəstəkləməsi Hacılının tərəfdarlarının ciddi narazılığına səbəb olub. Hətta Hacılının tərəfdarları etiraz əlaməti olaraq, müstəqilliklə bağlı İctimai Palatanın Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət tədbirlərində iştirak etməyiblər. Müsavatın qurultayı yaxınlaşdıqca, partiyada yaranmış iki cəbhənin mübarizəsi daha da kəskinləşib.

Mənbə deyib ki, Müsavat başqanı Vurğun Əyyubu da ehtiyyat varinat kimi nəzərdən keçirir.

"Əgər partiyanın Arif Hacılı qanadı ilə Arzu Səmədbəyli qanadı arasında barışıq əldə olunmasa, İsa Qəmbər onların heç birinin başqanlığa gəlməyinə imkan verməyəcək. Əvəzində Vurğun Əyyub Müsavat başqanlığına gətiriləcək", - mənbə qeyd edib.

Arzu Səmədbəyli Trend-ə açıqlamasında qeyd olunan məsələ ilə bağlı məlumat verməyib. O hesab edir ki, başqanlıq məsələsi ilə bağlı qurultayın vaxtı və yeri bəlli olduqdan sonra danışmaq daha məqsədəuyğun olardı.


Geri qayıt