Əsas Səhifə > Cəmiyyət, Manşet > DEPUTAT QUBALILARIN ÜZÜNƏ ÇIXA BİLMƏYİB

DEPUTAT QUBALILARIN ÜZÜNƏ ÇIXA BİLMƏYİB


28-06-2012, 14:27
DEPUTAT QUBALILARIN ÜZÜNƏ ÇIXA BİLMƏYİB

VAHİD ƏHMƏDOV RAYONA GETSƏ DƏ, SAKİNLƏRLƏ GÖRÜŞDƏN QAÇIB

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, 1 Mart Quba olayları zamanı sözügedən rayona rəsmi Bakının nümayəndələri sırasında ezam olunmuş millət vəkili Vahid Əhmədova qarşı etimadsızlıq kampaniyası start götürüb. Bu barədə məlumatımızda onu da bildirmişdik ki, qubalı deputatın rayon sakinləri qarşısında məlum hadisələr zamanı «narahat olmayın, kimsə həbs olunmayacaq» vədini verməsi indi qubalılar üçün bir hesabat istəmə fürsəti yaradıb. Məhz buna görə də vədinə əməl etməyən deputata qarşı Qubada imzatoplama kampaniyası başlayıb ki, məqsəd də Vahid Əhmədovun geri çağrılmasına, mandatının əlindən alınmasına nail olmaqdan ibarətdir.

Qubadakı qaynaqlardan DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, keçən şənbə günü Vahid Əhmədov Qubada olsa da, onun rayon sakinləri ilə ənənəvi görüşləri olmayıb. Mənbə idia edir ki, qubalıların üzünə çıxmaqdan çəkinən deputat qısa müddətdən sonra rayonu tərk etməli olub: «Halbuki, Vahid müəllim əvvəllər açıq şəkildə çayxanalara gələrək yerli sakinlərlə söhbətlər də edərdi, onların problemlərini dinləyərdi. İndi isə belə bir görüşləri də etmir. Təbii ki, o, qubalıların üzünə çıxa bilmir. Amma biz onu bağışlamayacağıq».

Mənbəmiz onu da bildirdi ki, artıq Vahid Əhmədovun mandatının əlindən alınması üçün 2876 Quba seçicisinin imzası toplanılıb və bu sayın daha da artırılması yönündə işlər gedir.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin…


Geri qayıt