Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİ QƏRBDƏN DAHA BİR TƏZYİQ GÖZLƏYİR

HAKİMİYYƏTİ QƏRBDƏN DAHA BİR TƏZYİQ GÖZLƏYİR


28-06-2012, 12:52
HAKİMİYYƏTİ QƏRBDƏN DAHA BİR TƏZYİQ GÖZLƏYİR

AZƏRBAYCANA QARŞI “MAQNİTSKİ QANUNU” TƏTBİQ EDİLƏ BİLƏR

DİA.AZ: - “Maqnitski qanunu”, yalnız Rusiyada deyil, insan hüquqlarının pozulduğu digər ölkələrdə də tətbiq edilə bilər. “Kommersant” qəzetinin yazdığına görə, bu müddəa ABŞ Senatının Beynəlxalq Komitəsinin təqdir etdiyi qanun layihəsinin versiyasında əksini tapır. Bu redaksiyada o, Nümayəndələr Palatasının komitəsi tərəfindən təsdiqlənmiş versiyadan fərqlənir. Qanunun əvvəlki variantında deyilirdi ki, o, yalnız Rusiyadan olan vəzifəli şəxslər üçün sanksiyanı nəzərdə tuturdu.

Bundan əlavə, qanun layihəsinə daha bir dəyişiklik edilib. Yeni redaksiyada qanun Dövlət Departamentinə və Maliyyə Nazirliyinə sanksiyanın şamil edildiyi məmurların adlarını dərc etməməyə icazə verir. Buna çoxdandır ki, Ağ Ev təkid edirdi və nəhayət, Senatın Beynəlxalq Komitəsi kompromis variantı qəbul edib.

“Maqnitski qanunu”nun qəbul olunması üçün Nümayəndələr Palatasının və ABŞ Senatının dəstəyi lazımdır. Bundan sonra sənədi prezident Barak Obama imzalaya bilər. Səsvermənin nə zaman olacağı hələlik məlum deyil.

Qanun müəlliflərinin fikrincə, sənəd təqdir olunarsa, hüquqşünas Sergey Maqnitsikinin ölümündə əli olan rusiyalı vəzifəli şəxslərin ölkə ərazisinə gəlişinə qadağa qoyulacaq. Bundan əlavə, onların Amerikadakı bütün hesabları dondurulacaq.

“Maqnitski” qanununun tətbiqi ilə bağlı namizəd ölkələr qrupunda favorit ölkələrdən biri Azərbaycandır. Son yarım ildə rəsmi Bakı insan hüquqlarını pozduğuna görə kəskin tənqidlərə məruz qalıb. İyunun əvvəllərində Cənubi Qafqaz ölkələrində səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton təkcə Azərbaycanda bu problemə xüsusi diqqət yetirib.

“Maqnitski siyahısı”nı senator Bencamin Kardin tərtib edib. Siyahıya onlarla adam, o cümlədən RF DİN rəhbərləri, hakimlər, müstəntiqlər düşüb.

Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski 2009-cu ildə təcridxanada vəfat edib. Həmkarları və qohumları hesab edirlər ki, onu 5,4 milyard rubl həcmində büdcə vəsaitinin mənimsənilməsi sxemini aşkar etdiyinə görə həbs ediblər. Maqnitski bildirib ki, pulları güc strukturlarının əməkdaşları oğurlayıblar.


Geri qayıt