Əsas Səhifə > Gündəm, Manşet > ORTA MƏKTƏBLƏRDƏ PULTOPLAMA KAMPANİYASI
ORTA MƏKTƏBLƏRDƏ PULTOPLAMA KAMPANİYASI28-06-2012, 12:43 |
MİSİR MƏRDANOV İNDİ DƏ BİRİNCİ SİNİF ŞAGİRDLƏRİNƏ ÜMİDLİDİR DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının pozitiv fəaliyyəti nəticəsində artıq bir çox gəlir ünvanlarını itirmiş vəziyyətə düşən təhsil nazirliyinin rəhbərliyi nəyin bahasına olursa-olsun əlavə gəlir yerlərinin müəyyən olunması üçün müxtəlif ideyalar ürətməklə məşğuldurlar. Təbii ki, bunun da nəticəsində zərər görəni sıradan vətəndaşlar alıb. Redaksiyamıza edilən müraciətlərdən belə məlum olur ki, Misir Mərdanov indi də birinci sinifə getməyə hazırlaşan körpələrimizin valideynlərinin ciblərinə girməyə başlayıb. DİA.AZ-a şikayətlənən və adının çəkilməsini arzu etməyən valideynlərdən birinin sözlərindən belə aydın olur ki, dövlət başçısı prezident İlham Əliyevin də təhsil aldığı 6 saylı orta məktəb bu gün Misir Mərdanov üçün əməlli-başlı pul toplamaqla məşğuldur. Şikayətçi düşən validyen bildirir ki, övladlarından biri həmin məktəbin yuxarı sinfində təhsil aldığından ikinci uşağının da orada təhsil almasını arzu edib: «Amma indi görürəm ki, bu arzum ürəyimdə qalacaq. Sən demə, məktəbdə əməlli-başlı bazar açıblar və birinci sinfə getmək sanki ali məktəbə qəbul olmaq kimi bir şeydir». Narazılıq edən vətəndaş bildirir ki, ondan övladının rus dilində təhsil bölməsində oxutdura bilməsi üçün 3 min manat pul istəyiblər: «Azərbaycan dilli sektor nisbətən ucuzdur: 1000 manat. Amma mən bildirdim ki, bu qədər pulum yoxdur və cəmi 500 manata gücüm çatır. Amma mənə bildirdilər ki, elə verəcəyim 500 manat onlara qalır və yerdə qalan pul nazirliyə gedir. Bəs nazirliyin payı?» Onu da bildirək ki, digər orta məktəblərdə də anoloji bazarın açılması barədə xəbər almışıq və artıq DİA.AZ əməkdaşları bu məsələ ilə əlaqədar geniş reportaj hazırlayırlar ki, həmin materialı yaxın günlərdə diqqətinizə çatdıracağıq. Geri qayıt |