Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEVƏ NƏDƏN SÖZ DEYƏN YOXDUR?

RÖVNƏQ ABDULLAYEVƏ NƏDƏN SÖZ DEYƏN YOXDUR?


28-06-2012, 12:32
RÖVNƏQ ABDULLAYEVƏ NƏDƏN SÖZ DEYƏN YOXDUR?

ARDNŞ-NİN YDM-LƏRİNİN ƏKSƏRİYYƏTİNDƏN KASSA APARATI YIĞIŞDIRILIB

DİA.AZ: - Bir neçə gün əvvəl Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus yanacaqdoldurma məntəqələrindən bir vətəndaş şikayətini diqqətinizə çatdırmışdıq. Məlum olurdu ki, SOCAR-a id YDM-lərdə əməlli-başlı benzin oğurluğu həyata keçirilir. Belə ki, YDM-lərin əməkdaşları hər 15 manatlıq benzin alan sürücüdən təxminən 1-2 manat arası benzin pulunu mənimsəyirlər ki, bu da toplam şəkildə çox ciddi məbləğ edir.

İndi isə redaksiyamıza daxil olan məlumatdan aydın olur ki, sakinlərin pulunu mənimsəmələri bir yana, indi də SOCAR YDM-lərində dövlətin də pulunun mənimsənilməsinə girişilib. Məlumatı verən mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, fəaliyyətə başladığı ilk günlərdən hər bir YDM-də kassa aparatı quraşdırılsa da, artıq təxminən 10-a yaxın YDM-dən kassa aparatları yığışdırılıb: «YDM-in əməkdaşları aldıqların benzinin müqabilində çek tələb etdikdə onlara əməkdaşlar tərəfindən bildirilir ki, kassa aparatları yığışdırılıb və bunu isə rəhbərliyin təlimatı ilə həyata keçiriblər».

Onu da bildirək ki, əldə etdiyimiz xəbəri dəqiqləşdirə bilməyimiz üçün bir neçə SOCAR YDM-nə baş çəkdik. Və əməkdaşlarımız verilən xəbərin dəqiq olduğunu müəyyən etdi. Məsələn, SOCAR-a məxsus olan Bibiheybət qəsəbəsi ərazisindəki YDM-də kassa aparatı yox idi və əməkdaşlarımızın «nədən kassa aparatı quraşdırmırsınız və vergidən yayınırsınız» sualına cavab olaraq YDM-nin mühafizəçilərindən biri bildirib ki, kassa aparatları əvvəl olub, amma xarab olduğundan təmirə göndərilib.

Hətta bu halda belə hansısa obyektə icazə verilmir ki, alqı-satqı edrəkən kassa aparatından istifadə etməsin. Digər tərəfdən, ARDNŞ kimi bir qurumun yeni kassa aparatı almağa imkanımı yoxdur?

Onu da bildirək ki, anoloji ahdisə ilə bir neçə SOCAR YDM-ində də rastlaşdıq. Görünür, ARDNŞ şefi Rövnəq Abdullayev özünə o qədər arxayındır ki, hətta dövlətin vergisini də real alqı-satqı ilə yox, özünün müəyyən etdiyi qaydada ödəməyə üstünlük verir.

Geri qayıt