Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV FƏRHAD ƏLİYEVİN YOLUNU GEDİR
İSMƏT ABBASOV FƏRHAD ƏLİYEVİN YOLUNU GEDİR27-06-2012, 18:22 |
BU YOLUN AXIRI ELƏ KOMBAYN SÜRMƏKLƏ NƏTİCƏLƏNƏ BİLƏR DİA.AZ: - Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun vəziyyəti günbəgün ağırlaşır. Taxıl ehtiyatı məsələsində Fövqalədə Hallar Naziri tərəfindən çıxılmaz vəziyyətə salınan İsmət Abbasovun artıq prezidentin yanında nüfuzdan düşdüyü bildirilir. İstər Kəmaləddin Heydərov, istərsə də Bəylər Eyyubov tərəfindən hər addımda çıxılmaz vəziyyətə salınan naziri hələ ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müdafiə edir. Bildirilir ki, məhz akademikin işə qarışmasından sonra onun istiefaya göndərilməsi məsələsi iki aydır ki, təxirə salınıb. Amma İsmət Abbasov əsaslandırıcı addımlar atmasa artıq Ramiz Mehdiyevdə ona kömək göstərə bilməyəcək. DİA.AZ bildirir ki, son günlər KTN şefi öz imicinə əl gəzdirməyə başlayıb və hətta sıradan xalqın nümayəndəsi olduğunu bildirməsi üçün hamı ilə bərabər nazirliyin təşkil etdiyi kənd təsərrüfatı yarmarkasından alış-veriş edir, kombayn sürür və s. Addımları atır. Çox güman bu yolla İsmət müəllim xalqın etimadını qazanmağı düşünür. Amma bəri başdan bildirə bilərik ki, bunların heç biri fayda verməyəcək. Əgər «yuxarılar» qərar veribsə, həmin qərarın geri oxunuşu üçün hətta İsmət Abbasov tankın sükanı arxasına oturub, Qarabağı azad etsə belə, xeyri olmayacaq. Yəni bu məsələlər kombayn sürməklə həll olunmur. Bu yerdə istər-istəməz yada, hazırda həbsdə saxlanılan və son cəza gününə qədər içəridə saxlanılacağı söylənilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev yada düşür. 2005-ci ilin 17 oktyabr hadisələrinə qədər Fərhad Əliyev də eynən İsmət Abbasov kimi xalqdan dəstək almağa çalışırdı. O da yarmarkalar təşkil edir, haqqı tapdanan sahibkarların hüquqlarının davasını aparırdı. Sonradan isə özü hədəfə çevrildi və hətta nəhayətdə mətbuat qarşısına çıxaraq ictimaiyyətdən kömək istəmək zorunda da qaldı. Amma aqibətini dəyişə bilmədi. Hakim düşərgədən çox biabırçı şəkildə qovuldu. İndi isə İsmət Abbasov xalqa jestlər etməkdədir ki, bu da yanlışdır. Çünki cənab nazirimiz ən azından keçmiş komanda yoldaşlarının aqibətindən dərs götürməlidir və bilməlidir ki, bu məmləkətdə xalqa yox, bəlli ünvanlara jest etmək, onların gözündə qalxmaq lazımdır. Kombayn sürə-sürə irəliyə yox, geriyə getmək olar. Çünki bu lənətə gəlmiş kənəd təsərrüfatı maşınının arxa sürət qutusu daha yaxşı işləyir… Geri qayıt |