Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVUN TAKSİLƏRİ OĞURLUQ EDİR

ZİYA MƏMMƏDOVUN TAKSİLƏRİ OĞURLUQ EDİR


27-06-2012, 18:03
ZİYA MƏMMƏDOVUN TAKSİLƏRİ OĞURLUQ EDİR

«LONDON» TAKSİLƏRİNİN SÜRÜCÜLƏRİ «AVROVİZİYA»DAN SONRA…

DİA.AZ: - «Avroviziya» yarışması başa çatdıqdan sonra xeyli sayda sürücünün imtina etdiyi nəqliyyat naziri Ziya Məmmədovun «bənövşəyi atları» kimi tanınan «London taksiləri»nin yerdə qalan sürücüləri deyəsən, turistlərsiz qaldıqdan sonra indi də vətəndaşlara fırıldaq gəlməkdədirlər.

Bununla bağlı DİA.AZ-a müraciət edən Səbayel rayonu Bayıl qəsəbə sakini Şahverdiyev azərin sözlərinə görə, bu gün günorta saatlarında metronun «İçərişəhər» stansiyasının qarşısından Bayıl qəsəbəsinə getmək üçün «London taksisi»nə əyləşib: «Dediym ünvana yetişdikdən sonra taksometrdə gəldiyim yolun qiymətinin 3 manat 50 qəpik olduğunu gördüm və sürücüyə 5 manat uzatdım. Pulumun qalığını verməsi üçün gözləsəm də, mənə heç nə deməyən sürücü, qapı açıq ola-ola aradan çıxdı».

Bir başqa şikayətçi - Nizami rayon sakini Murad Əlizadə də oxşar bir hadisə ilə üzləşib: «İki gün əvvəl axşam saatlarında «Azərbaycan» Dövlət Nəşriyyatının qarşısından metronun 20 Yanvar stansiyasının yanına getmək üçün «London taksiləri»ndən birinə əyləşdim. Getdiyim yolun qiymətinin 3 manat 10 qəpik etməsinə baxmayaraq, taksi sürücüsü məndən 5 manat istədi və əsas gətirdi ki, hava qaralıb və artıq gecdir».

Onu da bildirək ki, DİA.AZ-a bu kimi şikayətlər yetərincə daxil olub. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, «Avroviziya» turistlərinin gedişindən sonra yenə də manatların ümidinə qalan və turistlərin pis öyrəşdirdiyi Ziya Məmmədovun sürücüləri indi də yerli sakinlərə kəf gəlməklə məşğuldurlar. Hər halda, bu məsələyə nazirliyin və sözügedən şirkətin müdaxiləsi daha vacibdir.

Geri qayıt