Əsas Səhifə > Güney Press / Manşet > MƏTBUATA NƏZARƏT ƏLİ HƏSƏNOVUN ƏLİNDƏN ALINIR

MƏTBUATA NƏZARƏT ƏLİ HƏSƏNOVUN ƏLİNDƏN ALINIR


25-06-2012, 16:52
MƏTBUATA NƏZARƏT ƏLİ HƏSƏNOVUN ƏLİNDƏN ALINIR

PA RƏSMİSİ ARTIQ В«YUXARILARINВ» SƏBR KASASINI DAŞDIRIB

DİA.AZ: - Son günlər mətbuat yayımı istiqamətində əməlli-başlı at oynadan Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun nəhayətdə В«QasidВ» mətbuat yayımı firmasını da sıxışdırması artıq bir çox dairələrdə narazılıqla qarşılanıb.

Bildirək ki, В«QasidВ» mətbuat yayımı firmasına deputat Mirkazım Kazımov rəhbərlik edir ki, onun da məşhur seyid ocağının nümayəndəsi olduğu məlumdur. Hansı ki, həmin ocağa mərhum prezident Heydər Əliyevin də zamanında böyük sayğı ilə yanaşdığı söylənilir. Məhz bu kimi münasibət sayəsində hakim düşərgədə böyük etimad sahibi olan deputat nədənsə son günlərə qədər rəhbəri olduğu В«QasidВ» firmasının maraqlarını layiqincə müdafiə edə bilmirdi.

Onu da vurğulayaq ki, Əli Həsənov eyni zamanda Prezident administrasiyasının rəsmi orqanı olan В«RespublikaВ» qəzetinin rəhbəri Teymur Əhmədova qarşı da rəqabət halındadır və bu səbəbdən digər rəsmi mətbuatla müqayisədə В«RespublikaВ» qəzeti ən acınacaqlı durumda olanıdır. Məhz mətbuata nəzarət rıçaqlarının Əli Həsənovun əlində olması səbəbi В«QasidВ» şefi ilə bağlı məsələdə olduğu kimi Teymur əhmədovun da rəhbəri olduğu mətbu orqanın hakimiyyətdən gələn pullardan və əlavə fürsətlərdən təcrid edib.

Məlumatlı çevrələrdən DİA.AZ-a daxil olan son məlumatlarda isə göstərilir ki, artıq Əli Həsənov öz şəxsi biznes rəqiblərini bu şəkildə cəzalandıra bilməyəcək. Yəni nə əvvəlki kimi В«QasidВ» firmasını çökdürə bilməsi üçün bütün dövlət qurumlarını В«QasidВ»in deyil, onun nəzarətində olan В«KaspiВ»nin xətti ilə abunələrə təhrik edə bilməyəcək, nə В«QasidВ» firmasına məxsus qəzet köşklərini В«plana salıbВ», onların ərazilərini mənimsəyə bilməyəcək, nə də В«RespublikaВ», В«Şəkinin SəsiВ», В«İpəkçiВ» kimi hakimiyyətyönlü qəzetləri izolədə saxlama imkanında olmayacaq.

Mənbəmiz bildirir ki, yaxın günlərdə mediaya nəzarət rıçaqları Əli Həsənovun əlindən alınacaq: В«Bu səlahiyyətlərin isə bu günlərdə yeni rəhbəri təyin edilmiş Prezident yanında Strateji Araşdırmalar Mərkəzinə verilməsi planlaşdırılırВ».

Onu da xatırladaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyev dövlət qulluqçularını müxtəlif mükafatlarla təltif edərkən, Prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın olan digər fiqurlarla yanaşı, Əli Həsənovu da mükafatlananlar sırasından kənarda saxlamışdı. Ki, bunun özü də bir göstərici kimi cəmiyyət tərəfindən qəbul olunub.

Geri qayıt