Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: HAYASTAN-PETROL AZƏRBAYCANDA!!!

ŞOK: HAYASTAN-PETROL AZƏRBAYCANDA!!!


25-06-2012, 13:35
ŞOK: HAYASTAN-PETROL AZƏRBAYCANDA!!!

ERMƏNİ OLDUĞU İDDİA EDİLƏN MƏMURUMUZDAN İLGİNC ADDIM

DİA.AZ: - Son vaxtlar paytaxt və regionlarda fəaliyyət göstərən bir sıra ticarət və iaşə obyektlərinin xarici görünüşündə Ermənistan bayrağının rənglərinə (göy və narıncı) daha çox rast gəlinir. Bir sıra iş adamları bilərəkdən və ya bilməyərəkdən öz biznes dairələrini Ermənistan bayrağının rənglərinə uyğunlaşdırırlar.

Paytaxtın üçüncü mikrorayon dairəsi, köhnə avrovağzalın yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin yeni üslubda rənglənməsi zamanı da məhz Ermənistan bayrağındakı rənglərdən istifadə olunub.

DİA.AZ "Olaylar"a istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsi əvvəl yalnız göy rəngdə olsa da, bir müddət əvvəl obyektin rəngi dəyişdirilərək göy rəngə narıncı rəng də əlavə edilib. Yanacaqdoldurma məntəqəsinin Ermənistan bayrağının rənglərinə uyğunlaşdırılması ilə yanaşı obyektin adının H-Petrol olması da bir sıra qaranlıq məqamlardan xəbər verir.

Məlumat üçün qeyd edək ki, Ermənistanda da H-Petrol adı altında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir və həmin yanacaqdoldurma məntəqələri Hayastan Petrol şəbəkəsinə aiddir.

DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində öyrənə bildik ki, həmin «H-Petrol»un arxasında adı bu günə qədər erməni kökənlilər sırasında hallandırılan məmurlarımızdan birinə məxsusdur. Sadəcə olaraq əlimizdə tutarlı dəlillərin olmaması və KİV haqqında qanunun şərtləri bu barədə əlavə bilgiləri ictimailəşdirməyimizi əngəlləyir.


Geri qayıt