Əsas Səhifə > Cəmiyyət > “GÖZLƏYİRİK...”

“GÖZLƏYİRİK...”


25-06-2012, 13:01
“GÖZLƏYİRİK...”

“ELÇİBƏYİN AİLƏSİ QANUNUN İCRASINI GÖZLƏYİR”

Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Modern.az-a açıqlamasında keçmiş prezidentlər haqqında qanunun icası ilə bağlı Elçibəy ailəsinə rəsmi dairələr tərəfindən hələki müraciətin edilmədiyini deyib.

A.Əliyevin sözlərinə görə, prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” qanunu təsdiq etdikdən sonra onun nə zaman icra ediləcəyi haqda Əbülfəz Elçibəyin ailəsinə heç bir məlumat verilməyib.

“Əbülfəz Elçibəyin ailəsinə dövlət təminatlarının verilməsi ilə bağlı hələ müraciət edən olmayıb. Prezident qanunu təsdiq etdikdən sonra 3 ay müddətində icraya başlanılmalıdırr. Gözləyirik...”- deyə A.Əliyev vurğulayıb.

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva bir müddət əvvəl Modern.az-a açıqlamasında eks-prezidentlərin ailələrinə veriləcək dövlət təminatında imtina etməyəcəklərini bildirib.

Xatırladaq ki, sözügedən qanunun tələbinə uyğun olaraq keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqısının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Bundan başqa, keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə və həbs edilə bilməz.


Geri qayıt