Əsas Səhifə > Hadisə > 29 NƏFƏRİ GÜN VURUB

29 NƏFƏRİ GÜN VURUB


25-06-2012, 12:04
29 NƏFƏRİ GÜN VURUB

TYS-NA MÜRACİƏT EDƏNLƏRİN SAYI DURMADAN ARTIR

Havaların isti keçməsi ilə əlaqədar iyunun 5-dən bu günədək paytaxtda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 29 nəfərə çatıb.

Bu haqda APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Suğra Bəşirova bildirib. Onun sözlərinə görə, müraciət edənlərdən 11 nəfəri xəstəxanaya yerləşdirilib. S.Bəşirova deyib ki, son iki gün ərzində günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edənlərin sayı 7 nəfər olub. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə tibbi yardım göstərilib.

Geri qayıt