Əsas Səhifə > Hadisə > ŞAHİN MUSTAFAYEVƏ İNANSAQ...
ŞAHİN MUSTAFAYEVƏ İNANSAQ...24-06-2012, 16:29 |
300 SAHİBKARA 46 MİLYON MANAT VERİLİB Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” ilə bağlı indiyədək 14 tədbir keçirilib və 2 min 400-dək sahibkara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi biliklər verilib. SalamNews xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. O deyib: "Fond tərəfindən Bakı qəsəbələri üzrə 300-dək sahibkara 46 milyon manat kredit verilib. Bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin, o cümlədən 7 çörək istehsalı, 8 quşçuluq təsərrüfatı, 9 müasir istixana kompleksi, ət kəsimi və emalı, yeyinti sənayesi, metal konstruksiya istehsalı, mebel istehsalı və ixrac qabiliyyətli müxtəlif növ elektrik avadanlığı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə 42,1 milyon manat güzəştli kredit verilib. Müəssisələrdən 9-u istifadəyə verilib. Bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır. Bu kreditlər hesabına 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur". Geri qayıt |