Əsas Səhifə > Cəmiyyət > AST TELMANIN AZƏRBAYCAN SİYASƏTİNƏ GƏLİŞİ TƏSDİQLƏNİR

AST TELMANIN AZƏRBAYCAN SİYASƏTİNƏ GƏLİŞİ TƏSDİQLƏNİR


24-06-2012, 15:24
AST TELMANIN AZƏRBAYCAN SİYASƏTİNƏ GƏLİŞİ TƏSDİQLƏNİR

BU BARƏDƏ RUSİYA MƏTBUATI DA YAZDI

Bir müddət öncə Gunxeber.com saytı Rusiyada yaşayan azərbaycanlı milyarder Telman Ismayılovun Azərbaycan siyasətinə pul buraxacağını və bir sıra planlarının olduğunu yazmışdı. Bu xəbərlər Rusiyanın novostnik.ru saytının yaydığı məlumatda da təsdiqlənir.

Sayt yazıb ki, T.Ismayılov Azərbaycan siyasətinə baş vurmaq məqsədlə Ziya Məmmədov və baş nazirin keçmiş müavini Abbas Abbasovla danışıqlar da aparıb. Amma onlar Ismayılova bildiriblər ki, daha çox pərdə arxasında qalmaq niyyətindədirlər. Ismayılov isə onlardan regional mahiyyətli dəstək istəyib. Məqsəd Gəncə və Şirvan elektoratını aktiv siyasətə cəlb etməkdir.

“Novostnik”in yazdığına görə, Ismayılovun formalaşdırmaq istədiyi siyasi komandada bir nəfər məşhur şəxsin də adı çəkilir. Bu, Rusiyada tikinti biznesi ilə məşğul olan Mehrac Babyevdir. Onun Azərbaycan Milli Məclisində bir deputata himayədarlıq etdiyi də bildirilir.

Saytın yazdığına görə, bundan əvvəl Fizuli Məmmədov və Rusiya prezidentinin tələbə yoldaşı Ilham Rəhimov da Azərbaycanda siyasətə qoşulmaq istəsələr də uğursuzluba düçar olublar.

Sayt yazıb ki, bu məsələdə T.Ismayılovun nəyə nail olacağını isə zaman göstərəcək.


Geri qayıt