Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVDAN KƏRƏM HƏSƏNOVA MÜQAVİMƏT
İSMƏT ABBASOVDAN KƏRƏM HƏSƏNOVA MÜQAVİMƏT24-06-2012, 12:44 |
GAH KOMBAYN SÜRƏN, GAH DA POMİDOR ALAN NAZİRİN İLGİNC PİAR METODU DİA.AZ: - Son günlər Kənd Təsərrüfatı Naziri İsmət Abbasov mətbu kampaniyaya başlayıb. Əslində nazir bu kapaniyanın uğurlu davam etməsi naminə mətbuat üçün maraqlı pozlar da verməkdədir. Gah kombaynın sükanı arxasına keçib taxıl biçir, gah da insanları satışa çıxarılan yerli məhsulların keyfiyyətinə inandırmaq üçün KTN-nin təşkil etdiyi yarmarkadan yarım kilo pomidor alır. Bir sözlə, İsmət Abbasov yeni ampluada millətin təqdimatına verilib. Nə baş verir? Hər halda, nəyin baş verdiyinin ən yaxşı cavabını elə İsmət müəllimin özü bilir. Əvvəllər işi-gücü yalnız təhsil naziri Misir Mərdanovla bulvarda o yana-bu yana gəzişmək olan İsmət Abbasov deyəsən, artıq təbliğatın gücünü yaxşı dərk edib. Belə olmasaydı, o, mediaya diqqət ayırmazdı. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda da vurğulanır ki, İsmət Abbasov son günlər mətbuatda özünün təbliğat kampaniyasının təşkili məqsədilə nə az, nə də çox - düz 150 min manat pul ayırıb. Bu vəsaitlə həm yerli telekanalların və həm də bir sıra mətbu orqanların KTN şefinin başlatdığı kampaniyaya cəlb olunmasının nəzərdə tutulduğunu iddia edən mənbəmiz onu da əlavə etdi ki, artıq kampaniyaya cəlb olunan telekanal və digər media qurumları məlumdur. Onları müəyyən etmək çox asandır. Əslində İsmət Abbasovun bu piar kampaniyasını gecikmih də hesab etmək olar. Yəni nazir dövrün tələbləri ilə digərləri ilə müqayisədə daha gec ayaqlaşır. Başqaları nəinki təbliğat aparanda, hətta qəzetlər yaradıb, telekanallar təsis edəndə belə bir fürsətdən kənarda qalan İsmət Abbasov indi anlayır ki, rəqibləri onu əslində məhz mətbuatın gücü ilə hər zaman üstələyiblər. İndi isə nazir özünün mətbuatdakı imajına əməlli-başlı əl gəzdirməyə başlayıb. Təbii ki, İsmət Abbasovu bu gün hədəfə alan əsas fiqurun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun olması faktdır. Bu barədə əvvəlcədən də məlumatlar vermişdik. Məlumatlı mənbələrdən daxil olan informasiyada isə vurğulanır ki, İsmət Abbasov özünün piar kampaniyasına cəlb edəcəyi mətbuatı müəyyən edərkən fəal kərəmhəsənovçu mətbuatı prosesdən kənarda saxlayıb. Nə deyirik? Əsas olanı nazirimizin çağdaş üsullara üstünlük verməsidir ki, bunun özü də müsbət hadisədir. Yeri gəlmişkən. KTN şefinin təbliğatında əsas ruporlardan biri kimi diqqətə gələn «XəzərTV»nin əməkdaşı fermerlərə dəstək naminə kombayn sükanı arxasına keçən nazirə maraqlı bir sual da ünvanlayır: «Sizcə nazir kürsüsü daha rahatdır, yoxsa kombayn sükanı?» Doğrudur, KTN şefi bu sualı müəyyən mənada öz xeyrinə olan tərzdə cavablandıra bilir. Amma bu bir faktdır ki, İsmət Abbasovun nazir kürsüsünü kombayn sükanı ilə əvəzləməsi bir anın işidir. Odur ki, möhtərəm nazirimizin daha da fəal olmaq zorundadır. Geri qayıt |