Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA DİNİ SEPARATİZM KÖRÜKLƏNİR

AZƏRBAYCANDA DİNİ SEPARATİZM KÖRÜKLƏNİR


21-10-2011, 12:46
AZƏRBAYCANDA DİNİ SEPARATİZM KÖRÜKLƏNİR

FARS-MOLLA REJİMİ BU DƏFƏ DƏ İDBARLIĞINI ORTAYA QOYDU

DİA.AZ: - Bu günlərdə Bakıda olarkən Türkiyənin dini işlər üzrə sorumlu naziri Mehmet Görməz prezident İlham Əliyevlə də görüşmüşdü ki, həmin görüşdə Azərbaycan paytaxtında yeni məscidin inşası ilə bağlı da anlaşma əldə olunub.

Amma deyəsən, belə bir anlaşmanın əldə olunmsından rahatsız olanlar da var. Bu faktı qabardan İranın xüsusi xidmət orqanlarının nəzarətindəki təbliğat vasitələri belə bir rəy yaratmağa çalışırlar ki, Azərbaycanda şiələrə məxsus ibadət yerləri dağıdılır, amma bunun qarşılığında sünnilərin ibadətlərinə şərait yaradılır.

Təbii ki, Azərbaycanda hansısa təriqətə üstünlük verilib, digərinin aşağılanması prosesi heç bir zaman olmayıb və olmayacaq da. Bu daha çox mentalitetlə bağlı olan bir məsələdir. İnanc sahiblərinin əzilməsinə gəlincə isə, hakimiyyət eyni zamanda bu din mənsublarını əzir, yəni burada heç bir ayrıseçkilik yoxdur. Yəni Azərbaycanda kimsənin nə inancına görə, nə də etnik mənsubiyyətinə və digər ayırımçı fərqinə görə haqqını yemirlər.

Amma buna baxmayaraq, hər zamanAzərbaycanda separatizmi körükləməkdə maraqlı olan fars-molla rejimi həm etnik və həm də dini müstəvidə Azərbaycan üçün problemlər yaratmağa çalışıb. Və Mehmet Görməzin Bakıda əldə etdiyi anlaşmanın da yanlış şəkildə şərh edilməsi də bu qəbildəndir.

«Dünya» İnformasiya Agentliyinin farsların əsas ruporlarından olan «aranyus» xəbər portalına istinadən yaydığı xəbərdən də aydın olur ki, rəsmi Tehran Azərbaycan dövləti üçün əlavə problemlərin yaradılmasında maraqlıdır. Elə buna görə də Mehmet Görməzlə əldə olunan anlaşma bu şəkildə təqdim olunur: «Bakı dövləti ötən illərdə Bakıda şiə üslublu tikililəri dəyişdirmişdir. Ötən illərdə bir neçə məscidin sökülməsi, sionistlərə məxsus hündür binaların tikilməsi, Türkiyə vasitəsilə bu ölkəyə xas olan memarlıqla və sünnülüyün təbliği olan məscidlər tikilməsi bunun bariz nümunələrindəndir».

Diqqət yetirdinizsə, onlar Azərbaycan respublikası yox, «BAKI DÖVLƏTİ» ifadəsini işlədirlər. Elə buradan məsələnin nə yerdə olduğunu rahatlıqla anlamaq olar.


AZƏRBAYCANDA DİNİ SEPARATİZM KÖRÜKLƏNİR
Geri qayıt