Əsas Səhifə > Hadisə > BAKIDA ŞOK OLAY
BAKIDA ŞOK OLAY23-06-2012, 13:36 |
SAHİBSİZ QADIN KÜÇƏDƏ UŞAQ DÜNYAYA GƏTİRDİ Səbail rayonu, Adil İsgəndərov küçəsi, 3 ünvanında sahibsiz bir qadın binanın həyətində yaşayır. Aylardır binanın girişində məskən salan qadın qucağında bərk-bərk sıxıb saxladığı körpəsini də elə küçədə dünyaya gətirib. Bunu binanın sakinləri dedi. Sahibsiz qadın kameramızı görəndə, etiraz etməyə başladı. Dəfələrlə ona kömək etmək məqsədiylə gəldiyimizi desək də, bizi anlamaq belə istəmədi. Bu şəraitdə yaşamağın onun özü üçün, əsas da yeni doğulan körpə üçün təhlükəli olduğunu desək də bizə qulaq asmadı. Çətinliklə də olsa, körpənin oğlan olduğunu öyrəndik. Kimliyini və haradan gəldiyini isə deməkdən boyun qaçırdı. Yay fəsli olmasına baxmayaraq, qadın körpəsini həddindən artıq qalın adyala büküb bərk-bərk sıxırdı. Sakinlər qadının burada aylardır hamilə halda gəzişərkən gördüklərini dedilər. Bir neçə gün əvvəl isə uşağını da burada dünyaya gətirib. Yaxınlıqdakı marketin satıcısı isə deyir ki, qadın ondan dükanda sığınacaq istəyib. Dükanda isə qalmağa yer olmayıb. Bu səbəbdən kimsəsiz qadın həmin məhəllədəki binanın girişlərində gecələyir. Marketin satıcısına isə rayondan gəldiyini və əri tərəfindən döyülərək evdən qaçdığını deyib. Elə şahidlər də ilk əvvəl gələn zaman qadını üz-gözü şiş vəziyyətdə görüblər. Qadına kömək etmək məqsədiylə əraziyə Səbail rayon polis əməkdaşlarını çağırdıq. Lakin polisin gələcəyini öyrənən qadın məhəllədən uzaqlaşdı. Geri qayıt |