Əsas Səhifə > Gündəm, Manşet > «BANK OF BAKU»NUN FİLİALLARINDA YOXLAMALAR

«BANK OF BAKU»NUN FİLİALLARINDA YOXLAMALAR


23-06-2012, 12:52
«BANK OF BAKU»NUN FİLİALLARINDA YOXLAMALAR

İRAN AGENTURASINA BAĞLI OLAN BU BANKA SANKSİYALAR TƏTBİQ OLUNUR

Dünən məlumat verərək bildirmişdik ki, İranın xüsusi xidmət orqanları ilə sıx təmasda olan Oromi qardaşlarına məxus «NAB» şirkətinin payçısı olduğu «Bank of Baku» özünü müflis elan etməyə hazırlaşır ki, burada da əsas səbəb kimi bu bankın son zamanlar Azərbaycana qarşı bir cəbhə açmış İran agenturasının sözügedən bankdan çirkli pulların yuyulması üçün istifadə etməsi faktıdır. Xatırladaq ki, bu ittihamlar ilk olaraq məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə yer almışdı.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, bu gün səhərdən etibarən «Bank of Baku»nun bəzi filiallarında Mərkəzi Bankın mütəxəssislərinin də cəlb olunduğu xüsusi qrup tərəfindən maliyyə yoxlamaları həyata keçirilir.

Məlumatı verən qaynağın sözlərindən o da məlum olur ki, əslində belə bir addımın atılması gözlənilən idi: «Hər halda, rəsmi Bakı nəhayətdə bank sektoruna əl gəzdirməli idi. Sadəcə olaraq, «TexnikaBank»ın ardından kimin hədəfə gələcəyi sualı var idi. Ki, indi artıq bu sual da cavabını tapıb».

Mənbəmiz onu da bildirdi ki, İrana incə tellərlə bağlı olan «Bank of Baku»ya qarşı bir sıra sanksiyaların da tətbiq edilməsi gözlənilir.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin…


Geri qayıt