Əsas Səhifə > Gündəm > ƏHƏD ABIYEVDƏN 2 MİLYON ƏMƏLİYYATI

ƏHƏD ABIYEVDƏN 2 MİLYON ƏMƏLİYYATI


15-09-2011, 19:58
ƏHƏD ABIYEVDƏN 2 MİLYON ƏMƏLİYYATI

DAŞKƏSƏNİN İCRA BAŞÇISI TİKİNTİ ÜÇÜN AYRILMIŞ PULUN YARISINI ÖZÜNƏ GÖTÜRÜB

Son günlər ayrı-ayrı rayonlarda yenidənqurma, təmi və bərpa işlərinin aparılması üçün dövlət başçısı ehtiyat fondundan milyonlarla manat pullar ayrılır. Bu məqsədlə Daşkəsənə də 2 milyon manat pul ayrılıb ki, həmin vəsaitlə rayonda abadlaşdırma işləri aparılmalı idi. Amma…

Daxil olan məlumata görə, Daşkəsənin icra başçısı Əhəd Abıyev həmin 2 milyon manatı artıq xərcləyib. Belə qısa müddətdə ayrılmış pulun xərclənməsi qeyri-adi görünə bilər. Lakin məsələ odur ki, icra başçısı bu pulu heç də rayonda abadlaşdırma işlərinə sərf etməyib. Əksinə, onu özünə götürüb.

Aldığımız məlumatda deyilir ki, Əhəd Abıyev Daşkəsəndə tikinti işlərinin görülməsini özünün yaxın adamlarına həvalə edib. Şərt də bu olub ki, 2 milyon manatın yalnız 400 min manatını həmin adam özünə götürə bilər. Yerdə qalan 600 min manatla isə bütün işlər görülüb, başa çatmalıdır.

Mənbə bildirir ki, Əhəd Abıyev 1 milyon manatı özünə götürüb. Hətta yaxın ətrafı ilə söhbət zamanı iddia edib ki, Daşkəsənə 2 milyon manat ayrılması üçün o, 500 min manat pul xərcləyib. Yəni, qeyd olunan məbləği rüşvət verərək, 2 milyon manat almağa nail olub. Üstəlik, Abıyev onu da deyib ki, bu şərtlər çərçivəsində icra başçısı işləmək mümkün deyil. Çünki xərcləri həddindən artıq çoxdur.

Bu əsnada verilən bir başqa məlumatda deyilir ki, Əhəd Abıyev Daşkəsənin icra başçısı olsa da, gününü Bakıda keçirir. Mənbənin bildirdiyinə görə, icra başçısının paytaxda tez-tez görünməsi onun biznesi ilə əlaqədardır. Belə ki, Abıyev Bakıdakı biznes sahələrinə nəzarət etmək və inkişaf etdirmək üçün davamlı olaraq şəhərə gəlir.


Geri qayıt