Əsas Səhifə > Sosial, Manşet > ŞOK: ERMƏNİSTAN MÜSTƏQİL ÖLKƏ DEYİL

ŞOK: ERMƏNİSTAN MÜSTƏQİL ÖLKƏ DEYİL


23-06-2012, 12:35
ŞOK: ERMƏNİSTAN MÜSTƏQİL ÖLKƏ DEYİL

“CHATHAM HOUSE” TƏŞKİLATINA GÖRƏ RUSİYA ERMƏNİSTANI SATIN ALIB

DİA.AZ: - Rusiyanın Cənubi Qafqazda təsiri çox böyükdür, lakin tədricən o, regionda əvvəlki nüfuzunu itirməyə başlayır. Bu fikir Britaniyanın tanınmış “Chatham House” Analitik Mərkəzinin analitiklərinin Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada zəifləyən təsirinə dair araşdırmalarında əksini tapıb.

DİA.AZ bildirir ki, sənəddə Ermənistan üçün bir nömrəli problem suverenliyinin olmamasıdır – deyə göstərilib, belə ki, Rusiyanın respublikada təsiri çox böyükdür. Lakin hələlik respublika hakimiyyəti narahatlığını bildirmir, ən azı açıq şəkildə. “2003-cü ildə Rusiya Ermənistanın enerji bazarında total nəzarəti əlinə alıb. Robert Köçəryan (1998-2008-ci illərdə Ermənistan prezidenti) Rusiyanın kommersiya və siyasi maraqları naminə faktiki olaraq Ermənistanı Anatoli Çubaysın rəhbərliyi ilə Rusiya vahid enerji sisteminə satıb.

“ArmRosqazprom” QSC-nin 80%-i Rusiyanın, “Armaviya” aviaşirkətinin səhmlərinin 70%-i Sibir aviaşirkətinin əlindədir. Həmçinin RF Ermənistan milli dəmir yolu şəbəkəsini konsessiyaya götürərək bu sahəyə $570 mln. həcmində sərmayə qoyub. Rusiya Ermənistanda çıxarılan faydalı qazıntıların böyük hissəsinə nəzarət edir və telekommunikasiya sistemində mühüm irəliləyişlərə nail olub.

Köçəryanın xələfi Serj Sarkisyanın daha az rusiyapərəst olduğu hiss olunur. Lakin 2008-ci ildə prezident seçiləndə, ölkənin böyük bir hissəsi artıq satılmışdı”.

Chatham House-un hesabatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin əvvəlində Rusiya Ermənistanın tərəfini tutdu. Bunda məqsəd regionda Türkiyənin mövqeyinin zəiflədilməsi idi və Azərbaycanda rusofobiyaya qarşı mübarizə, həmçinin Rusiyadakı erməni diasporunun nüfuzu ilə şərtləndirilirdi.

“Chatham House” qeyd edir ki, hazırda Rusiyanın regionda mövqeyi zəifləyib, baxmayaraq ki, Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsində vasitəçilik işinə təkan verməyə çalışdı. Sənəddə deyilir ki, regiondakı gərginlikdən siyasi və iqtisadi fayda əldə edən qüvvələr var və onlar Dağlıq Qarabağ ətrafında status-kvo-nun saxlanmasında maraqlıdırlar. Buna sübut kimi Rusiyanın ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsindən imtina etməsidir.

Həmçinin qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi tammiqyaslı şəkildə bərpa olunarsa, RF, Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə gərginlik təhlükəsi meydana gələcək. Xüsusilə də əgər Ermənistan hərbi yardım üçün Rusiyaya müraciət edərsə, bu enerjidaşıyıcıları – boru kəmərlərinin təhlükəsizliyinə təsir göstərəcək və Rusiya enerji təhlükəsizliyini və maliyyə mənfəətini prioritet sayaraq münaqişənin manipulyasiyasından çəkinməyə üstünlük verəcək.

Geri qayıt