Əsas Səhifə > Cəmiyyət > “QIRMIZI KÖYNƏKLİLƏR İNSAN ALVERİNƏ QARŞI”

“QIRMIZI KÖYNƏKLİLƏR İNSAN ALVERİNƏ QARŞI”


21-10-2011, 12:14
“QIRMIZI KÖYNƏKLİLƏR İNSAN ALVERİNƏ QARŞI”

“TƏMİZ DÜNYA”DAN DAHA BİR LAYİHƏ

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyi əhalini insan alveri probleminə dair
məlumatlılıq səviyyəsini artırmaq məqsədilə yeni aksiyaya start verdi!
Aksiyanın adı “Qırmızı köynəklilər insan alverinə qarşı” dır.

Aksiyaya “Gələcək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

(ATGTİ) nin fəal gəncləri dəstək verərək bu aksiyanı reallaşdırır.

Aksiya, 22 oktyabr 2011-ci il tarxidə saat 16-da Fəvvarələr meydanında həyata keçiriləcək.

Aksiyanın müddəti cəmi 30 dəqiqə olacaq.

Aksiyanın sonunda “Qırmızı köynəkli” gənclər ətrafda toplaşan əhaliyə insan alverinə dair
bukletlər yayacaq.

Əgər Siz də, insan alveri problemindən narahatsınızsa Bizə dəstək verərək aksiyaya qoşulun!


“QIRMIZI KÖYNƏKLİLƏR İNSAN ALVERİNƏ QARŞI”
Geri qayıt