Əsas Səhifə > Hadisə > QİYMƏTLƏRİ ELƏ MƏMURLARIN ÖZLƏRİ QALDIRIR
QİYMƏTLƏRİ ELƏ MƏMURLARIN ÖZLƏRİ QALDIRIR22-06-2012, 12:44 |
YENİ MƏCƏLLƏ İNHİSARÇILARA VIZ GƏLİR Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı müzakirələr aparılıb. Millət vəkilləri inhisarçılığın və süni bahalaşmanın qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbulluğunun zəruri olduğu bildiriblər. FaktXeber.com-un “6 ildir ki, müzakirəsi aparılan Rəqabət Məcəlləsinin qəbulu monopoliyalaşmış Azərbaycan bazarlarında süni bahalaşmanın və inhisarçılığın qarşısını ala biləcəkmi” , - sualını cavablandıran iqtisadçı-ekspert Azər Mehdiyev, maraqlı fikirlər səsləndirdi. Ekspert bildirdi ki, həqiqətən Azərbaycan iqtisadiyyatı olduqca inhisarlaşıb: “İnhisarlaşmanın əsas səbəbi heç də təsərrüfat subyektlərinin yaratdığı problemlə əlaqədar deyil. Rəqabət Məcəlləsində təsərrüfat subyektlərinin yaratdığı inhisarçılığın aradan qaldırılması nəzərdə tutulur. Dünya praktikasında bu prosedur olduqca mürəkkəb bir məsələdir.” Rəqabət Məcəlləsinin qəbulluğunun bu sahədə yaranmış problemləri tezliklə həll etməyəcəyini bildirən Azər bəy, “dünyada ən mürəkkəb qanunvericilik anti-inhisarla bağlıdır. Çünki inhisarlığın qarşısının alınması çox mürəkkəb işlərə bağlıdır”,-deyə bildirdi: “Azərbaycan iqtisadiyyatında olan inhisarçılığın mahiyyətinə gəldikdə isə bu problem daha çox yüksək siyasi vəzifələr tutan məmurlara bağlıdır. Bir çox hallarda baş verən inhisarçılıq özünü çox da açıq şəkildə göstərmir.” Ekspert onu da bildirdi ki, problemlərin aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu kifayət etməyəcək: “Eyni halda problemlərin aradan qaldırılması da mümkünsüz deyil. Sadəcə olaraq buna istək və iradə lazımdır. Təbii ki, Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var. Lakin Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsinin problemləri müsbət həll edəcəyinə inanmıram. Ona görə ki, Azərbaycanda qəbul edilən qanunların əksəriyyəti icra olunmur.” Sonda Azər bəy qeyd etdi ki, qanunun qəbulundan daha mühüm onun icra edilməsidir: “Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra işləsə bilə, yenə də problemləri həll etməyəcək. Ona görə ki, bu problemlərin kökü daha çox siyasi proseslərə gedib çıxır.” Geri qayıt |