Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOV ÜÇÜN BƏD XƏBƏR

MİSİR MƏRDANOV ÜÇÜN BƏD XƏBƏR


22-06-2012, 12:22
MİSİR MƏRDANOV ÜÇÜN BƏD XƏBƏR

ORXAN KƏRİMOV AZADLIĞA BURAXILIB

Təhsil Nazirliyinin əməkdaşı Orxan Kərimov iyunun 21-də həbsdən buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında həbs qətimkan tədbirini ləğv edib. Vəkili Ramiz Məmmədov “Azadlıq” radiosuna deyib ki, Orxan Kərimov səhhətində yaranan problemlər və dövlət başçısının müdaxiləsindən sonra azadlığa çıxıb: “O, polis nəzarətində olacaq və məhkəmə prosesində iştirak edəcək”.

Orxan Kərimov “Azadlıq” radiosuna bildirib ki, azadlığa çıxmasında müdafiə tərəfinin böyük rolu olub: “Prezidentə işimlə bağlı müraciət olunmuşdu. Məsələ prezidentə çatıb və o, müsbət addım atıb”.

Orxan Kərimov ona irəli sürülmüş ittihamları absurd adlandırıb: “Ən azı ona görə ki, mənim vəzifə səlahiyyətlərimə aid olmayan məsələ ilə bağlı rüşvət ittihamı irəli sürülüb, praktikada belə şey yoxdur. Güman edirəm ki, məhkəmənin gedişində bunlar aydınlaşacaq. Gözləmədiyim halda bu məsələlər birdən-birə başıma gəldi. Bu işin içində adamlar var ki, mənim adımdan istifadə edib kimlərdənsə pul alıblar. Təəssüf ki, bunlar hələ araşdırılmayıb. Məhkəmədə bəraət almağa çalışacam. Birinci məsələ bəraət almaqdır. Səhhətimdən də əvvəl bu məsələyə üstünlük verirəm. Sübut edəcəyəm ki, mənə irəli sürülən ittihamlar əsassızdır”.

Orxan Kərimov ötən il iyunun 6-dan həbsdə idi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almada günahlandırılır.


Geri qayıt