Əsas Səhifə > Güney Press / Manşet > ƏYALƏT MƏMURUNDAN İLGİNC TOY ƏMƏLİYYATI

ƏYALƏT MƏMURUNDAN İLGİNC TOY ƏMƏLİYYATI


20-06-2012, 16:28
ƏYALƏT MƏMURUNDAN İLGİNC TOY ƏMƏLİYYATI

SAATLI İCRA BAŞÇISININ MÜAVİNİ BİR OĞLUNA İKİ DƏFƏ TOY EDİB

DİA.AZ: - Dövlər məmuru öz hərəkəti, davranışı ilə başqalarına nümunə olmalıdır. Axı, vəzifə sahiblərinə etibar edilir, onlara inanır və rayonun taleyini həvalə edirlir. Təəssüf edir ki, bu gün elə məmur, vəzifə sahibi var ki, onlar vəzifəyə təyin olunan gündən müxtəlif vasitələrdən istifadə edərək pul toplamaqla məşğul olurlar. Bəzi vəzifə sahibləri öz hərəkətləri ilə n əinki başqalarına nümuə olur, əksinə hakimiyyəti nüfuzdan salır, xalqın etimadını daha da azaldırlar. Nəfsini saxlaya bilməyən belə vəzifə sahibləri dar dünyagörüşə malik, siyasi düşüncəsi olmayan, nəfsinə hakimlik etməyi bacarmayanlardır. Belələrindən biri də Saatlı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Reyhan Ocaqovadır.

R.Ocaqova tabeçiliyində olan işçilərdən pul qopartmaq üçün yaxşı bir "metod" tapıb. O, tez-tez toy edir. İlk baxışdan burada elə bir qəribə şey yoxdur. Hər bir valideynin ən böyük arzusu övladına toy eməkdir. Təki bütün valideynlərə toy qismər olsun. Ancaq Reyhan Ocaqovanın övlad toyu çox təəccüblüdür. Çünki xanım müavin bir oğluna bir neçə dəfə toy edib. Ondan soruşan yoxdur ki, bir oğluna neçə dəfə toy edəcəksən? R.Ocaqova oğluna iyun aynda artıq iki dəfə toy edib. Deyilənlər ə görə, iki dəfə toyu olmuş oğluna artıq üçüncüsünü etməyə hazırlaşır. Bu dəfə Balakən rayonunda.

İyunun əvvəlində oğluna Bakıda toy edən R.Ocaqova 18 gün sonra Saatlı rayonunda da toy edib. Növbəti, üçüncü toy isə Balakəndə olacaq. Oğlu və gəlini artıq utandıqlarını desələr də xanım müavinin bu yolla pul yığmaq həvəsi hələ sönməyib.Saatlıda keçirilən ikinci toy mərasimindən qabaq kənd ərazi icra nümayəndələrinə, mıəktəb direktorlaına və uşaq bağçalarının müdirlərinə şifariş göndərilib ki, hər biriniz 100 manatdan bir qəpik əskik pul salmayacaqsınız. Kitabxana, klub və mədəniyyət evlərinin müdirləri isə 50 manat pul salmalıdırlar. Həmin adamlara bildirilib ki, əgər deyilən məbləğdən aşağı pul salsalar, iş yerlərinə yoxlamalar gələcək.

Dövlət məmurunun tabeçiliyində olan işçilərdən bu yolla pul toplam ası dövlət qulluqçusuna yaraşan hərəkət deyil. Bu, həm də dövlət məmuru, məsul vəzifə sahibi tərəfindən milli mənəvi dəyərlərimizə, adət-ənənəmizə qarşı hörmətsizlikdir. Bu gün milli mənəvi dəyərlərimizin qorunması və inkişafı, adət - ənənələrimizin dünyaya tanıdılması üçün bütün imkanlardan istifadə olunur. Dövlət məmuru isə öz nəfsini qoruya bilmədiyindən dövlətin yeritdiyi siyasəti heçə endirir. Xarici ölkələrə səfər edən deputatlarımazdan və ya digər vəzifə sahiblərindən soruşsalar ki, sizin milli adər - ənənələrinizə görə Azərbaycanda bir övlada neçə dəfə toy etmək olar? Təbii ki, cavabında dərhal deyəcəklər ki, övlada bir dəfə toy edərlər. O zaman soruşsalar ki, Saatlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Reyhan Ocaqova təkcə bir ayda-iyun ayında oğluna iki dəfə toy edib, üçüncüyə isə hazı rlaşır.Görəsən o zaman bizim nümayəndə heyəti buna nə cavab verəcək?

Maraqlıdır. R.Ocaqova oğlu ilə gəlininə bundan sonra nçə dəfə bəy gəlin paltarı geyindirmək fikrindədir? Milli adət-ənələrimizin bu şəkildə aşağılaşmasına yuxarıların münasibəti necə olacaq?

Anar Məmmədov, Saatlı


Geri qayıt