Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU DA İNHİSARÇILARDAN ŞİKAYƏTLƏNİR
SƏRDAR CƏLALOĞLU DA İNHİSARÇILARDAN ŞİKAYƏTLƏNİR20-10-2011, 16:47 |
AMMA MÜXALİFƏTDƏKİ... Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) İctimai Palatanı müxalifətin real birliyi hesab etmir. "İctimai Palata, adından da göründüyü kimi, siyasi blok deyil. Bu, QHT nümayəndələrinin və bəzi partiya nümayəndələrinin toplaşdığı bir təşklatdır. Ona görə də İctimai Palata müxalifətin güc mərkəzi kimi çıxış edə bilməz. Biz partiya olaraq müxalifətin birlik modeli kimi siyasi bloka daha çox üstünlük veririk", - bu barədə cümə axşamı Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bəzi şəxslər müxalifət cəbhəsində monopoliya yaradaraq bütün proseslərə özləri nəzarət etmək istəyirlər. "Əgər onlar müxalifətdə monopoliya yaratmaq istəyindən çıxış etmək istəmirlərsə, başqa tərəflərlə də müzakirələrə açıq olmalı və mümkün modelin hazırlanması danışıqlarında iştirak etməlidirlər", - Cəlaloğlu vurğulayıb. Onun sözlərinə görə, müxalifətin vahid blokunun yaradılması üçün AXCP və Müsavatın İctimai Palatadan çıxması tələb edilmir. O hesab edir ki, İctimai Palata AXCP və Müsavata üstünlük qazandıran bir vasitədir və partiyalar İctimai Palatada öz fəaliyyətlərini davam etdirməlidirlər. "Həmin partiyalar İctimai Palata daxilində fəaliyyətlərini davam etdirsələr, yaxşı olar. Biz sadəcə olaraq İctimai Palatadan kənarda bir birlik yaradıb müəyyən siyasi əlaqələrin qurulmasını təklif edirik", - ADP sədri deyib. Hazırda AXCP və Müsavatın da daxil olduğu Azərbaycanın müxalifət partiyalarının bir qismi İctimai Palatada birləşib. Klassik Xalq Cəbhəsi (KXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP), Demokrat (ADP) və Ümid partiyaları isə birlik modeli formalaşdırmaq üçün partiya sədrləri səviyyəsində mütəmadi danışıqlar aparırlar. Geri qayıt |