Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ HƏSƏNOVUN В«QAÇQINВ» KORRUPSİYASI
ƏLİ HƏSƏNOVUN В«QAÇQINВ» KORRUPSİYASI18-06-2012, 17:33 |
![]() HAKİMİYYƏT BU AH-NALƏLİ PULA TAMAH SALAN MƏMURU CƏZALANDIRIR DİA.AZ: - Bu arada mətbuatda yayılan məlumatlardan aydın olur ki, Mingəçevirdə məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli binada çat əmələ gəlib. Əldə etdiyimiz məlumata görə həmin binanı tikən podratçı şirkət, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçiləri hadisə yerində binaya baxış keçiriblər. İşlərin müvəqqəti olaraq dayandırıldığı bildirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov yayılan xəbərin əsası olmadığını deyib. “Bu heç bir əsası olmayan məlumatdır. Orada heç bir çat əmələ gəlməyib. Həmin binanın tikintisi yüksək keyfiyyət və sürətlə davam edir. Məcburi köçkünlər üçün tikilən bina ilə respublikanın ən məşhur, tanınmış şirkətləri məşğul olur. Tezliklə binanın açılışı olacaq və orada heç bir problemin olmadığını hamı görəcək” deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb. Qeyd edək ki, Mingəçevirdə məcburi köçkünlər üçün tikilən yaşayış binasında bir ilə yaxındır iş aparılır. Ancaq həmin çoxmərtəbəli binanın birində çat yaranıb. Tikintiyə məsul olan şirkət bunu gizlətməyə çalışsa da, artıq xəbər işçilər tərəfindən yayılıb. Hazırda ərazidə tikinti işləri dayanıb və əraziyə giriş məhdudlşadırılıb. Onu da bildirək ki, son zamanlar sözügedən komitənin sədri Əli Həsənovun görəvdən alınacağı ilə bağlı də xəbərlər yayılıb. Belə ki, Əli Həsənova qarşı məhz qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan binaların inşası zamanı yol verilən korrupsiya ittihamı irəli sürülür. Xatırladaq ki, bir müddət əvvəl sözügedən inşaat işlərinin bir qismini həyata keçirən В«AkkordВ» şirkəti ilə komitə sədri Əli Həsənovun açıqladığı rəqəmlərdə də uyğunsuzluq ortaya çıxmışdı ki, artıq bütün bu faktları diqqətə alındığı söylənilir. Mənbəmizin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri postunda da dəyişiklik planlaşdırılır. Bu barədə qaynağın iddia etdikləri: В«Hazırda komitəyə rəhbərlik edən Əli Həsənovun görəvindən alınması nəzərdə tutulur. Onun yerinə isə hazırda Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinə rəhbərlik edən Bayram Səfərov təyin ediləcəkВ». Bu barədə artıq ilkin tədarük işlərinin görüldüyünü bildirən mənbəmiz onu da vurğuladı ki, əslində Əli Həsənovla bağlı yuxarı instansiyalara yetərincə faktlar ötürülüb və hətta qaçqın ailələri üçün qəsəbələrin salınmasında yol verilən yeyinti faktlarının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürülməsi də məlumdur. Eyni zamanda neçə illərdir ki, Qarabağdakı evlərindən didərgin düşmüş vətəndaşlarımız Əli Həsənovun idarəsindəki özbaşınalıqları mətbuatda işıqlandırsalar da, bu yöndə heç bir tədbir görülmür. Mənbəmi iddia edir ki, həmin materialların böyük əksəriyyəti bir dosya halına salınaraq komitə sədrinə qarşı istifadə ediləcək: В«Hətta В«QaçqınkomВ»da bəzi işçilərin həbsi də nəzərdə tutulub. Onlara qarşı korrupsiya ittihamının irəli sürülmə ehtimalları yüksəkdirВ». Geri qayıt |