Əsas Səhifə > Güney Press / Manşet > В«AVESTAВ» KONSERNİ ƏTRAFINDA MÜDHİŞ İNSİDENT

В«AVESTAВ» KONSERNİ ƏTRAFINDA MÜDHİŞ İNSİDENT


18-06-2012, 17:13
В«AVESTAВ» KONSERNİ ƏTRAFINDA MÜDHİŞ İNSİDENT

İBRAHİMOV QARDAŞLARININ QARA GÜNLƏRİ BAŞLAYIR

DİA.AZ: - Bu günlərdə ATV kanalını əldən verən İbrahimov qardaşlarının yeni itkilərə məruz qalacağı hələ ilk başdan söylənilirdi. Redaksiyamıza dünən daxil olan məlumatlardan isə aydın olur ki, artıq bu prosesə start verilib.

Bu barədə DİA.AZ-ı məlumatlandıran mötəbər qaynaq iddia edir ki, İbrahim qardaşlarına aid bir neçə ticarət obyektinə keçən həftənin cümə günü əl qoyulub. Mənbə idida edir ki, hətta Hacı İbrahim Nehrəmlinin (İbrahimov) rəhbərlik etdiyi В«AvestaВ» konsernində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar da aparılıb.

В«AVESTAВ» KONSERNİ ƏTRAFINDA MÜDHİŞ İNSİDENT

Mənbənin söylədikləri: ««AvestaВ» konsernində MTN əməliyyatçıları tərəfindən axtarış həyata keçirilsə də, bu axtarışa mane olmağa çalışan Hacı İbrahimə məhəl qoyulmayıb. Sonradan əməliyyatı həyata keçirə MTN zabitinə telefon zəngi gəlib və MTN-çilər binanı tərk ediblərВ».

Kimsənin həbs olunmadığı bu insidentin əslində İbrahimov qardaşlarının iqtisadi imperiyasının tənəzzülü kimi qiymətləndirən mənbəmiz onu da vurğuladı ki, artıq bu məsələ hakimiyyət dəhlizlərində geniş şəkildə müzakirə olunmaqdadır: В«Yekun qərar verilmədiyindən hələlik konkret addımlar atılmır. Yəni bir növ gözləmə mövqeyi var. Amma vəziyyət İbrahimovlar üçün heç də ürəkaçan deyilВ».

Mənbəmiz onu da bildirdi ki, digər qardaş - Tağı İbrahimovun ATV kanalındakı fəaliyyəti də araşdırmaya götürülüb: В«Konkret olan kanalın sabiq əməkdaşlarından birinin şikayəti əsasında Tağı İbrahimova qarşı çox ciddi ittiham oxuna bilər. Söhbət əxlaq məsələsindən gedirВ».

Onu da bildirək ki, redaksiyamıza bununla bağlı ilginc məlumatlar daxil olub və yaxın vaxtlarda həmin bilgiləri də diqqətinizə çatdırağıq. Bizi izləyin…


Geri qayıt