Əsas Səhifə > Cəmiyyət > DAHA BİR KORRUPSİONER GÖRƏVDƏN ALINDI

DAHA BİR KORRUPSİONER GÖRƏVDƏN ALINDI


20-10-2011, 15:23
DAHA BİR KORRUPSİONER GÖRƏVDƏN ALINDI

ANTİKORRUPSİYA DALĞASI KREDİT SEKTORUNDA

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) rəhbərliyi dövlətin dəstəyi və Dünya Bankının investisiyası hesabına kreditləşmə əməliyyatlarını həyata keçirən «İcraçı Kredit Agentliyi» MMC-nin baş direktoru Arif Əliyevi vəzifəsindən azad edib.

AKİA-dan verilən məlumata görə, A.Əliyev işində korrupsiya hallarına yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verilib.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan Kredit İttifaqları Assosiasiyası İctimai Birliyi (AKİA) ölkə başçısının yoxsulluğun aradan qaldırılması haqqında çıxışını əsas tutaraq öz üzvləri olan kredit ittifaqlarının şəffaf fəaliyyətini təmin edərək kiçik sahibkarlığın inkişafına yardım etmiş və yoxsulluğun azaldılması məqsədilə, yoxsul əhalinin biznes imkanlarını artırmaq, onların istehlakını gücləndirmək və gəlirlərin daha effektiv bölgüsünə şərait yaradıb.


Geri qayıt