Əsas Səhifə > Cəmiyyət > FHN ŞEFİNDƏN ETİRAF GƏLDİ

FHN ŞEFİNDƏN ETİRAF GƏLDİ


18-06-2012, 12:42
FHN ŞEFİNDƏN ETİRAF GƏLDİ

KƏMALƏDDİN HEYDƏROV İNŞAAT SEKTORUNU NƏZARƏTƏ GÖTÜRÜB

Yeni tikilmiş binaların heç biri nəzarətsiz tikilmir, ekspertizadan keçirlər və lisenziyası olan şirkətlər tərəfindən tikilir. Trend-in məlumatına görə bunu jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, bu sahədə qayda-qanun demək olar ki, yaranıb.

Nazir əhaliyə xitabən bildirib ki, qanunsuz tikilən evlər əvvəllər qanunlarda boşluq olduğu, nəzarətin zəif olduğu dövrə təsadüf edir.

"İndinin özündə də o formada tikilən evlərlə bağlı dövlət tərəfindən komissiyalar təşkil olunub. Elə adam var ki, binanı tikib, amma özü burda yoxdu. Onu dövlət qəbul etməlidir. Qəbul etmək üçün təhlil aparılmalıdır və biz bunu edirik, heç kim narahat olmasın", Heydərov deyib.

Geri qayıt