Əsas Səhifə > Hadisə, Manşet > ETİBAR PİRVERDİYEV HAQDA MƏXFİ DOSYE

ETİBAR PİRVERDİYEV HAQDA MƏXFİ DOSYE


20-10-2011, 15:18
ETİBAR PİRVERDİYEV HAQDA MƏXFİ DOSYE

DOSYEDƏ PİRVERDİYEVİN "YUXARILAR"DAN GİZLƏTDİYİ GƏLİRİN SIYAHISI ƏKS OLUNUB

DİA.AZ: - Hakimiyyətin kadr islahatları prosesində qurban veriləcək daha məmurun adı məlum olub. Bu il boyu hər zaman mənfi olaylarla bağlı gündəmdə olan "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevdir.

Xatırladaq ki, bu gün hakimiyyət daxilində "Azərenerji" ASC-ni strateji maraqlarına daxil edən oliqarxların önündə Rövnəq Abdullayev gedir. ADNŞ rəhbəri Əlixan Məlikovun taleyini Pirverdiyevə də yaşatmaq üçün çoxdan fürsət gözləyir. Bu haqdə bizə məlumat verən mənbənin məlumatına görə ARDNŞ prezidenti hakimiyyət daxilindəki yaxın müttəfiqi vasitəsilə Pirverdiyev haqqında ölkə rəhbərinə xüsusi dosye çatdırıb. Dosyedə Pirverdiyevin korrupsiya əməliyyatları, bu əməliyyatlardan gələn gəlirlərin "yuxarılar"dan gizlədilən hissəsi əks olunub. Dosyedə mühüm hissəni Etibar Pirverdiyev rəhbəri olduğu qurumda özünə komanda yaratması, peşəkar kadrları işdən uzaqlaşdıraraq, onların yerinə qohum-əqrəbaralarını vəzifəyə təyin etməsi haqda məlumat yer alıb: "Azərenerji"də daha çox Etibar Pirverdiyevin qaynı Kərim Xammətov üstün mövqeyə malikdir. Bu adam əvvəlcə Etibar Pirverdiyevlə birgə Dövlət Əmlak Komitəsində işləyib. O zaman Etibar Pirverdiyev, Kərim Xammətov və onun əkiz qardaşı ölkəyə elektrik kabelləri gətirməklə məşğul olub. Etibar Pirverdiyev "Azərenerji"yə prezident təyin olunandan sonra isə Kərim Xammətovu "Bakelektrikşəbəkə"nin rayon şöbələrindən birinə rəis təyin edib. Bir müddət keçəndən sonra onu "Azərenerji"yə yüksək vəzifəyə gətirib.

Bundan başqa, Etibar Pirverdiyev iki il əvvəl qardaşı Vüqar Pirverdiyevə qohum olan Namiq Orucov adlı şəxsi Sabirabad Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da qurumu viran qoyub. İş o yerə çatıb ki, Etibar Pirverdiyev Namiq Orucovu həmin vəzifədən çıxararaq Enerji Təchizat İdarəsinə gətirib. Lakin bir müddət keçəndən sonra onu Göyçay Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da oxşar hərəkətlərini Göyçayda davam etdirib. Özünü Etibar Pirverdiyevin xalası oğlu kimi təqdim edən bu adamın özbaşınalığı və qanunsuz əməlləri o həddə çatıb ki, Etibar Pirverdiyev yenə də onun vəzifəsini dəyişib. Etibar Pirverdiyev ipə-sapa yatmayan bu gənci gözündən uzaq qoymamaq üçün onu "Azərenerji"də şöbə rəisi təyin etməyə məcbur olub. Ümumiyyətlə "Azərenerji"də vəzifələrə təyinat Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin məsləhəti ilə həyata keçirilir. Vüqar Pirverdiyev kimi istəyirsə, vəzifəyə təyin etdirir, kimi istəyirsə, işdən çıxartdırır. Həmçinin "Azərenerji"nin bütün transformatorlar, kabellər, ümumiyyətlə bu sahəyə aid bütün aksesuarlar Vüqar Pirverdiyevə məxsus şirkətdən alınır. Özü də bu mallar çox baha qiymətə rəsmiləşdirilir."

Bundan başqa məlum dosyedə Pirverdiyevin hər kəsdən gizlətdiyi və digər bir yaxınının adı ilə təqdim etdiyi regionlardakı kənd təssərrüfatı biznesi haqqında da məlumatlar yer alıb. Belə ki, Şabran rayonun Udulu kəndindəki dəvə fermaları "Azərenerji"-nin prezidentinə məxsusdur. Xaçmazda isə onun iri buynuzlu heyvan təsərrüfatı biznesini genişləndirib.

Baş verənlər haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə artıq maraqlı dairələr "Azərenerji" ASC-nin ləğv edilməsi üçün dövlət başçısını inandıra biliblər. Çox güman ki, "Azəriqaz" QSC ləğv edilərək, onun struktur və səlahiyyətlərinin ARDNŞ-in tərkibində "Azəriqaz" İstehsalat Birliyinə verildiyi kimi "Azərenerji" də eyni aqibətlə üzləşsin. Yeni yaradılacaq qurumun başında isə Etibar Pirverdiyevin olmayacağı isə indidən güman etmək olar.


Geri qayıt