Əsas Səhifə > Hadisə > DAHA BİR FACİƏLİ İŞÇİ ÖLÜMÜ
DAHA BİR FACİƏLİ İŞÇİ ÖLÜMÜ18-06-2012, 11:29 |
BETON PİLTƏNİN ALTINDA QALAN FƏHLƏ YERİNDƏCƏ KEÇİNİB Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Hüseyn Cavid prospekti, 31 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının bağında təmir işləri ilə əlaqədar yararsız tikintinin sökülməsi zamanı orada fəhlə işləyən, 1982-ci il təvəllüdlü Həsənov Zaur Fikrət oğlunun üzərinə 3 metr hündürlükdən beton piltə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |