Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOV NƏVƏSİNƏ 100 QURBAN KƏSDİRİB
ZİYA MƏMMƏDOV NƏVƏSİNƏ 100 QURBAN KƏSDİRİB15-06-2012, 15:39 |
![]() NAZİRİN KƏSDİRDİYİ QURBANLARIN ƏTLƏRİ YETİMLƏR EVİNƏ VERİLİB DİA.AZ: - Keçən günlərdə yayılan məlumatlardan aydın oldu ki, iki həftə əvvəl Londondakı Baku restoranı VİP tədbirlə əlaqədar bir gecəliyə bağlı olub. Məlumatlarda deyilirdi ki, Bakıdan və müxtəlif ölkələrdən gələn yüzlərlə qonaq nəqliyyat naziri Ziya Məmmədovun nəvəsinin dünyaya gəlişini qeyd ediblər. Bildirək ki, nəvəni babasının şərəfinə Ziya adlandırıblar. Təntənəli gecədə uşağın ata və anasının yaxın qohumları, işgüzar tərəfdaşlar iştirak ediblər. Xatırladaq ki, bir il əvvəl Z.Məmmədovun oğlu Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub. Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Ziya Məmmədovun nəvəsi artıq Bakıdadır. Mənbə bildirir ki, onun Bakıya gəlişi zamanı da böyük törən təşkil olunub və hətta 100-ə yaxın qurban kəsilib: В«Həmin kəsilən qurbanların ətləri isə kimsəsizlər, körpələr evlərinə verilib. Nazir bildirib ki, onun nəvəsinin dünyaya gəlişi qoy, neçə-neçə kimsəsiz körpəni də sevindirsinВ». Geri qayıt |