Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: MÜHARİBƏNİN TARİXİ MƏLUM OLDU

ŞOK: MÜHARİBƏNİN TARİXİ MƏLUM OLDU


15-06-2012, 14:32
ŞOK: MÜHARİBƏNİN TARİXİ MƏLUM OLDU

“OXFORD ANALITICA” AZƏRBAYCANIN MÜHARİBƏYƏ HAZIRLAŞDIĞINI DEYİR

DİA.AZ: - Britaniyanın Oxford Analitica Araşdırma Mərkəzinin proqnozlarına görə, iyunun 18-də Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyi azaltmaq üçün tərəflərə təzyiq göstərəcək.

Britaniyalı ekspertlər hesab edirlər ki, son vaxtlar Azərbaycan yeni strategiyaya tərəfdardır: silah alqısının həcmini artırır və 2014-cü ildə operativ hazırlığa nail olmaq istəyir, o vaxta kimi danışıqlarda irəliləyiş olmasa, atəşkəs rejimi haqda sazişin imzalanmasının 20 illiyi ilə əlaqədar müharibəyə başlayacağı ilə hədələyir.

Hərbi büdcənin stabil artımından ruhlanan Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahı bu yaxınlarda bəyanatla çıxış edərək bildirib ki, “işğal olunmuş əraziləri azad etmək və Ermənistan-İran sərhədinə çatmaq üçün 10 gün lazımdır”. Əslində Azərbaycan ordusu yeni müharibəyə hazır deyil, erməni tərəfi isə hücuma başlamaq niyyətində deyil, Mərkəzin ekspertləri belə hesab edirlər.

Təşkilatın sənədində deyilir ki, Azərbaycanla Ermənistan sərhədində, həmçinin Qarabağ zonasında hərbi toqquşmalar iyunun 4-8-də ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ilə üst-üstə düşüb.

“ATƏT-in Minsk Qrupunun indiki formatının saxlandığı şəraitdə danışıqlarda real uğura nail olmaq çətin olacaq. Səbəblərdən biri status-kvo- nun saxlanmasında və ya gərginliyin artmasında daha çox maraqlı olan Rusiyanın mövqeyidir”, - Oxford Analitica-nın sənədində deyilir.

Geri qayıt